lider-media.az

Tibbi tullantıların təhlükəsiz idarə olunması istiqamətində maarifləndirmə tədbirləri davam edir

Baxış: 1334 Tarix: 30-06-2026, 15:24

Tibb işçilərinin tibbi tullantıların idarə olunmasına dair normativ tələblər barədə bilik və məlumatlılığını artırmaq məqsədilə növbəti görüşlər Sumqayıt şəhərində yerləşən 4 və 6 saylı Ailə Sağlamlıq Mərkəzlərində, eləcə də Sumqayıt Batıgöz Klinikasında keçirilib.
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən görüşlər zamanı iştirakçılara tibbi tullantıların növləri, təhlükəsizlik tələblərinə uyğun çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi qaydaları izah edilib, bu tullantıların düzgün idarə olunmamasının insan sağlamlığı və ətraf mühit üçün yarada biləcəyi risklər barədə ətraflı məlumat verilib.

Maarifləndirici görüşlər çərçivəsində tibbi tullantıların təhlükəsiz idarə olunmasının ekoloji təhlükəsizliyin təmin edilməsində və ictimai sağlamlığın qorunmasında mühüm rol oynadığı vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi