Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 6 il ötür. Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə Nizamnaməsi təsdiq edilərək fəaliyyətə başlayan Sosial Xidmətlər Agentliyi əhalinin həssas qruplarına dəstək olaraq onları ehtiyac duyduqları sosial xidmətlərlə təmin edir.
Agentlik ölkənin bütün regionlarını əhatə edən filial və sosial xidmət müəssisələri vasitəsilə müxtəlif sosial qruplara aid vətəndaşlara stasionar, yarımstasionar və səyyar formada sosial xidmətlər göstərir.
Son 6 ildə qurum tərəfindən həssas əhali qruplarından olan şəxslərə 600 mindən çox xidmət (evdə sosial xidmət, mənzil və avtomobillə, sanatoriya-kurort göndərişləri ilə təminat, övladlığagötürmə, himayədar ailə, repatriasiya və s.) göstərilib. Qeyd edilən dövrdə 20 minə yaxın şəxs evlərində, 8 mindən çox şəxs Agentliyin müəssisələrində sosial xidmətlərlə əhatə olunub.
Bununla yanaşı, Agentliyin sifarişi ilə həyata keçirilən layihələr çərçivəsində fəaliyyət göstərən günərzi qayğı, sosial reabilitasiya və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərində 40 minə yaxın şəxs müxtəlif sosial xidmətlərdən yararlanıb.
Regionlarda yaradılmış 158 günərzi qayğı və 130-dan çox sosial reabilitasiya mərkəzində isə həssas kateqoriyaya aid 18 minədək uşağın idrak, emosional və fiziki inkişafının dəstəklənməsi, həmçinin ilkin oxu və yazı bacarıqlarının formalaşdırılması istiqamətində ardıcıl iş aparılıb.Ötən illər ərzində Agentliyin fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Qurum müxtəlif beynəlxalq mükafatlara layiq görülüb, üç istiqamət üzrə ISO sertifikatları əldə edib. Eyni zamanda Agentliyin hazırladığı bir sıra rəqəmsal həllər və mobil tətbiqlər milli mükafatlarla təltif olunub.


Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb