Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib.
IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “ThinkIn” təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil müəssisəsindən 1000-ə yaxın müəllim iştirak edib.
Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alona Əliyeva da iştirak ediblər.
Leyla Əliyeva və Alona Əliyeva festival ərazisində yaradılmış müxtəlif fəaliyyət zonaları ilə tanış olub, milli zona, sənət emalatxanaları, yoqa və meditasiya sessiyaları, əl işləri yarmarkası və digər interaktiv məkanlarda iştirakçılarla səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib və məktəblilərin hazırladığı yaradıcı çıxışları izləyiblər. Onlara müxtəlif əl işlərindən ibarət hədiyyələr təqdim olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva festivalın hər kəsə gözəl və müsbət hisslər bəxş edəcəyinə inandığını bildirib. Leyla Əliyeva vurğulayıb ki, hər bir uşaq bir möcüzə, bir xəzinədir. Biz bunu nə qədər tez aşkar etsək, onların istedadları bir o qədər tez üzə çıxacaq. Müəllimlərin, valideynlərin və ümumilikdə böyüklərin uşaqları daha yaxşı anlamasının əhəmiyyətini qeyd edən Leyla Əliyeva mehribanlığın ən böyük xoşbəxtlik olduğunu bildirib.
Sonra Leyla Əliyeva müəllimlərə gördükləri məsuliyyətli işə görə minnətdarlığını ifadə edib.
Tədbir çərçivəsində keçirilən panel müzakirəsində ümumtəhsil müəssisələrində xeyirxahlıq, mərhəmət, qarşılıqlı hörmət və empatiya kimi dəyərlərin təşviqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və ADA Universitetinin prorektoru Vəfa Kazdal bu xüsusda müəllimlərin gələcək nəsillərin və bütövlükdə cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi olaraq vurğulayıblar.
Daha sonra festival çərçivəsində keçirilən “Xeyirxahlıq Marafonu”nun qaliblərinin mükafatlandırma mərasimi olub. Məktəblər arasında xeyirxahlıq mövzusunda hazırlanmış ən yaradıcı sosial media məzmunları müxtəlif nominasiyalar üzrə qiymətləndirilib, 55, 244, 83, 156, 185, 45, 277, 144, 211, 300 və 165 nömrəli məktəblər “Ən səmimi təşəkkür”, “Xeyirxah əməllər mükafatı”, “Ən yaxşı ekoloji təşəbbüs” və digər nominasiyalar üzrə qalib elan olunublar. Marafon məktəblərdə xeyirxahlıq, minnətdarlıq, yaradıcılıq və həmrəyliyin gündəlik davranış mədəniyyətinə çevrilməsini təşviq etmək məqsədilə keçirilib.
Yüksək əhvali-ruhiyyə şəraitində keçən festival geniş konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, Xeyirxahlıq Festivalının əsas məqsədi cəmiyyətin müəllimlərə olan dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan sağlam təhsil mühitini təşviq etmək, empatiya və mənəvi dəyərlər üzərində qurulan təhsil mədəniyyətinin inkişafına töhfə vermək, eləcə də xeyirxahlığın təhsil sistemində və cəmiyyətin inkişafındakı mühüm rolunu nümayiş etdirməkdən ibarət olub.
Tədbir çərçivəsində keçirilən əl işləri yarmarkasında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, “Birgə və Sağlam” Autizm Mərkəzi, Zəka Yolu İnkişaf Mərkəzi, “İZ Community”, “Kashalata” və digər təşkilatların nümayəndələrinin hazırladıqları məhsullar tədbir iştirakçılarına təqdim olunub.



















Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcərdə Bal Festivalı keçirilib
18 noyabr tarixə COP29--un gündəliyi
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb