lider-media.az

Növbəti təmizlik aksiyası Xəzər dənizinin Novxanı sahilində keçirilib

Baxış: 1648 Tarix: 25-06-2026, 16:46

Dəniz sahillərində təmizliyə riayət olunmasının təşviqi və ictimaiyyət arasında ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Təmiz ölkəm” devizi altında növbəti təmizlik aksiyası Xəzər dənizinin Novxanı sahilində təşkil olunub.
Yeni Azərbaycan Partiyasının Nizami Rayon Təşkilatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun fəal gənclərinin, “Access Bank"ın əməkdaşlarının və ekokönüllülərin qoşulduğu aksiya zamanı sahil zolağından 370 kiloqramdan artıq məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
Təbiətin qorunması hər birimizin ortaq məsuliyyətidir. Tullantıların düzgün idarə olunmasına və ekoloji məsuliyyətin artırılmasına töhfə verən hər kəsə təşəkkürümüzü bildiririk.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi