Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.
2. Aşağıdakı büdcə təşkilatları yaradılsın:
2.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi;
2.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi;
2.3. “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin əsasında Azərbaycan Elm Fondu;
2.4. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi;
2.5. “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxsin əsasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC);
2.6. “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi;
2.7. “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin əsasında Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində Hüquq və İnsan Haqları İnstitutu.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakı publik hüquqi şəxslərin məhdud məsuliyyətli cəmiyyətlərə çevrilmə yolu ilə yenidən təşkilini iki ay müddətində təmin etsin:
3.1. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;
3.2. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;
3.3. “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;
3.4. “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs;
3.5. “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs.
4. Bu Fərmanın 3-cü hissəsi ilə yaradılması nəzərdə tutulan məhdud məsuliyyətli cəmiyyətlərin (bundan sonra – Cəmiyyətlər) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1.Cəmiyyətlərin Müşahidə Şurasının yaradılması;
4.1.2. Cəmiyyətlərin Müşahidə Şurasının sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
4.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Cəmiyyətlərin yenidən təşkili və ləğvi;
4.3. Müşahidə Şurasına:
4.3.1. bu Fərmanın 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları və Cəmiyyətlərin nizamnaməsi ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Müəyyən edilsin ki:
5.1. Agentlik dövlət ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən mərkəzi icra hakimiyyəti orqanıdır;
5.2. Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
5.3. Cəmiyyətlərin nizamnamə kapitalı aidiyyəti üzrə bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;
5.4. Cəmiyyətlərin strukturu, ştat vahidləri və əməkhaqqı sistemləri, bu Fərmanın 6.3-cü və 9.2-ci bəndləri nəzərə alınmaqla, Cəmiyyətlərin Müşahidə Şurası tərəfindən müəyyən edilir;
5.5. bu Fərmanın 1 – 3-cü hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların hüquq və öhdəlikləri, habelə əmlakı onların əsasında yaradılan yeni qurumlara keçir;
5.6. bu Fərmanın 1-ci və 2-ci hissələrinə, habelə 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələri (nizamnamələri), strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək həmin hissələrdə və yarımbənddə nəzərdə tutulan qurumlar fəaliyyətini davam etdirirlər;
5.7. Cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər fəaliyyətini davam etdirirlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. üç ay müddətində:
6.1.1. aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
6.1.1.1. bu Fərmanın 1 – 3-cü hissələri, habelə 6.1.2-ci yarımbəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi;
6.1.1.2. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, Agentliyin əsasnaməsinin layihəsi, habelə strukturu və işçilərinin say həddi;
6.1.2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxsin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin və Marionet Teatrının əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin və Marionet Teatrının yaradılmasını təmin etsin;
6.1.3. bu Fərmanın 1-ci və 2-ci hissələrində, habelə 6.1.2-ci yarımbəndində nəzərdə tutulan qurumların balansında olan əmlakın həmin qurumların əsasında yaradılan yeni qurumların balansına verilməsi və onların maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;
6.1.4. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsinə və 6.1.2-ci yarımbəndinə əsasən yaradılan yeni qurumların əsasnamələrinin (nizamnamələrinin) təsdiq edilməsi, strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlər görsün;
6.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Agentliyin işçilərinin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin işçiləri hesabına komplektləşdirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər görsün;
6.3. işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunu və ştat vahidlərini (xidmət olunan inzibati ərazi vahidlərinin sayı əsasında komplektləşdirməklə) bir ay müddətində təsdiq etsin;
6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
7.1. Cəmiyyətlərin dövlət qeydiyyatına alınması üçün onların nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
7.2. Cəmiyyətlər dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin əmlakının aidiyyəti üzrə Cəmiyyətlərin balansına verilməsi üçün müvafiq tədbirlər görsün;
7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
8. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs:
8.1. iki ay müddətində tabeliyində məhdud məsuliyyətli cəmiyyətin yaradılmasını və Şuşa şəhəri, eləcə də Şuşa rayonu ərazisində tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə həmin ərazidə abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma və mənzil-kommunal təsərrüfatı sahələrində funksiyalarının həmin cəmiyyət vasitəsilə həyata keçirilməsini təmin etsin;
8.2. bu Fərmanın 9.2-ci bəndi nəzərə alınmaqla, mövcud strukturunun optimallaşdırılması, habelə bu Fərmanın 8.1-ci bəndində nəzərdə tutulan cəmiyyətin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin müəyyən edilməsi ilə bağlı nizamnaməsinə uyğun olaraq tədbirlər görsün;
8.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
9.1. bu Fərmana əsasən yaradılan yeni qurumların fəaliyyətinin maliyyələşdirilməsini cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində təmin etsin;
9.2. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmana əsasən yaradılan yeni qurumların strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2026-cı il


Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb