lider-media.az

Laçında növbəti əmək yarmarkası keçirilib

Baxış: 1359 Tarix: 23-06-2026, 19:45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.Aktiv məşğulluq tədbiri ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunub. 
Yarmarkada minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib. Aktiv məşğulluq tədbirində iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.   
Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi