lider-media.az

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Azərbaycanda səfəri başlayıb.

Baxış: 1521 Tarix: 23-06-2026, 19:24

Bu barədə TBMM-nin "X" sosial şəbəkə hesabında məlumat yayılıb. "Onu müşayiət edən parlament heyəti Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə təşkil ediləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıya çatıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, onu Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Anar Məmmədov və Türkiyənin Bakıdakı səfiri Birol Akgün qarşılayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi