Süni intellekt dövrünün çağırışları gündəmə gətirilib
“Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Ombudsmanların Beynəlxalq Bakı Sammiti iştirakçılarına ünvanladığı müraciət ədliyyə naziri Fərid Əhmədov tərəfindən səsləndirilib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan dövlət proqramları və strateji sənədlər ölkəmizdə süni intellekt texnologiyalarının təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir. Həmçinin rəqəmsal iqtisadiyyatın inkişafına, dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına, rəqəmsal bərabərliyin və inklüzivliyin gücləndirilməsinə xidmət edir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir dövrdə rəqəmsal texnologiyalar və süni intellekt sistemlərinin sürətli inkişafının ictimai münasibətlərin mahiyyətinə əhəmiyyətli təsir göstərdiyinə diqqət çəkib.
Milli Məclis sədrinin müavini Musa Qasımlı Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində qanunvericilik bazasının davamlı olaraq təkmilləşdirildiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda ölüm cəzası ümummilli lider Heydər Əliyevin müraciəti ilə 1998-ci ildə Milli Məclisin qəbul etdiyi qanun əsasında tamamilə ləğv edilib..
İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Əli Əl-Yami bildirib ki, süni intellekt insan ünsiyyətini və həmrəyliyi gücləndirən bir vasitə olmalı, xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynamalıdır. O, cəmiyyətlərin təməlini təşkil edən insani münasibətləri əvəz etməməlidir.
Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının sədri Amina Buayaş Sammitin açılış mərasiminə göndərdiyi videomüraciətdə qeyd edib ki, bütün dünyada texnoloji innovasiyalar vətəndaşların informasiyaya çıxışını, öz hüquqlarından istifadə üsullarını, ictimai müzakirələrdə iştirakını, ünsiyyət formasını və gündəlik fəaliyyətini köklü şəkildə dəyişdirir.
***
Sammit çərçivəsində “Rəqəmsal məkanda hüquqların qorunması: Məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə” mövzulu sessiya keçirilib.
Zambiyanın İnsan Hüquqları Komissiyasının sədri Pamela Tovela Sambonun moderatorluğu ilə keçirilən sessiyada rəqəmsal məkanda insan hüquqlarının qorunması, şəxsi məlumatların mühafizəsi, məxfilik hüququnun təmin edilməsi, dezinformasiyanın yaratdığı çağırışlar və bu sahədə ombudsman institutlarının rolu müzakirə olunub.
Sessiyada Rumıniyanın ombudsmanı Renate Veber, Serbiya Respublikasının Vətəndaşların Müdafiəçisi Zoran Paşaliç, BMT və insan hüquqları mexanizmləri üzrə ekspert Afərin Şahidzadə, Şimali Kipr Türk Respublikasının Ombudsmanı İlkan Varol və Ankara Medipol Universitetinin Kommunikasiya fakültəsinin dekanı Ergin Ergül çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
***
Beynəlxalq tədbir çərçivəsində “Rəqəmsal savadlılıq və insan hüquqlarının qorunması” mövzulu sessiya da təşkil olunub.
Sessiyada rəqəmsallaşmanın insan hüquqlarına təsiri, rəqəmsal mühitdə hüquq və azadlıqların müdafiəsi, bu sahədə beynəlxalq təcrübə və ombudsman təsisatlarının üzərinə düşən vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Sessiyada Türkmənistan ombudsmanı Yazdursun Qurbannazarova, Bosniya və Herseqovinanın ombudsmanı Nevenko Vranyeş, Özbəkistan Respublikası Ali Məclisinin insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müavini Bekzod Nərimanov, Tacikistan ombudsmanının müavini, uşaq hüquqları üzrə ombudsman Niqora Muqimi, Misirin İnsan Hüquqları üzrə Milli Şurasının üzvü Mahi Abdellatif çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
***
Sammit çərçivəsində “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzulu plenar sessiya keçirilib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın moderatorluğu ilə keçirilən plenar sessiyada süni intellektin insan hüquqlarına təsiri, yaratdığı imkanlar və risklər, eləcə də bu sahədə dövlətlərin və beynəlxalq institutların məsuliyyəti müzakirə olunub.
Pakistanın federal ombudsmanı Navid Kamran Baloş bildirib ki, bu gün süni intellekt dövlət idarəçiliyindən təhsil, səhiyyə, ədliyyə, kommunal və digər ictimai xidmətlərə qədər bir çox sahədə qərarların qəbuluna, xidmətlərin göstərilməsinə və vətəndaşlarla dövlət arasında kommunikasiyaya mühüm təsir göstərir. Türkiyənin baş ombudsmanı Mehmet Akarca XXI əsrin texnologiya və bilik əsri kimi xarakterizə olunduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, dövrün ən sürətlə inkişaf edən və yayılan texnologiyalarından biri süni intellektdir. Bununla yanaşı, AI insan hüquqları baxımından bir sıra ciddi risk və təhdidlər də yaradır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib ki, süni intellektin insan hüquqlarına təsiri dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bosniya və Herseqovinanın ombudsmanı Yasminka Cumhur isə qeyd edib ki, süni intellektin tətbiqi nəticəsində iş yerlərinin itiriləcəyi ilə bağlı narahatlıqlar tez-tez səsləndirilir. Eyni zamanda, texnologiyanın həddindən artıq və düşünülməmiş tətbiqi sistemsiz yanaşmalara səbəb ola bilər.
***
Sammit çərçivəsində “Süni intellektin əmək bazarına və məşğulluğa təsiri” mövzusunda sessiya təşkil olunub.
Sessiyada Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Vasip Şahin, Macarıstanın Fundamental hüquqlar üzrə müvəkkili İmre Juhasz, Monteneqronun İnsan Hüquqları və Azadlıqlarının Müdafiəçisi (Ombudsman) Sinişa Bjekoviç, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının İdarə Heyəti sədrinin müavini Elçin Süleymanov çıxış ediblər.
Müzakirələr zamanı süni intellektin əmək bazarına təsiri, yeni məşğulluq imkanlarının yaranması, əmək münasibətlərində rəqəmsal transformasiya və işçi hüquqlarının qorunması məsələləri diqqət mərkəzində olub.
İştirakçılar vurğulayıblar ki, süni intellekt əmək təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verə bilər. Xüsusilə təhlükəli iş şəraitində risklərin vaxtında müəyyən olunması və qarşısının alınması üçün bu texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır.
***
Sammit çərçivəsində “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” mövzusunda sessiya keçirilib.
Müzakirələrdə Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Yana Lantratova (videoformatda), AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Keniyanın İnzibati Ədliyyə Komissiyasının sədri Çarlez Dulo, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin müdiri Rəşad Xalıqov və Ukrayna ombudsmanının müavini Mixailo Spasov iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, süni intellekt texnologiyalarının sürətli inkişafı və avtomatlaşdırılmış qərarvermə sistemlərinin geniş tətbiqi həm yeni imkanlar, həm də ciddi çağırışlar yaradır. Qeyd olunub ki, süni intellekt dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, vətəndaşların əsas xidmətlərə çıxışının yaxşılaşdırılmasına və sosial-iqtisadi hüquqların inkişafına mühüm töhfə verə bilər.
***
Ombudsmanların Beynəlxalq Bakı Sammitinin yekununda Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib.
Bəyannamədə süni intellekt texnologiyalarının hazırlanması və tətbiqi zamanı insan hüquq və azadlıqlarının, eləcə də insan ləyaqətinin qorunmasının əsas prioritet olduğu vurğulanıb.
Sənəddə üzv dövlətlərə insan hüquqlarına əsaslanan, təhlükəsiz, şəffaf və hesabatlı süni intellekt idarəetmə mexanizmlərinin inkişafı, məlumatların qorunması, alqoritmik qərəzliliyin qarşısının alınması və səmərəli hüquqi nəzarətin təmin edilməsi tövsiyə olunur.
***
Sammit çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Monteneqronun İnsan Hüquqları və Azadlıqlarının müdafiəçisi Sinişa Byekoviç arasında Anlaşma Memorandumu imzalanıb.











Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
Ərazi bütövlüyümüzün bərpası ilə Konstitusiyanın müddəaları tam yerinə yetirildi - FƏRHAD ABDULLAYEV
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?