lider-media.az

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüş keçirilib

Baxış: 1567 Tarix: 17-06-2026, 16:35

Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub.

İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

Görüşdə Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər 2025–2030-cu illəri əhatə edən Ölkə Tərəfdaşlığı Çərçivəsinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətləri nəzərdən keçiriblər.

Su təchizatının yaxşılaşdırılması, sosial infrastrukturun inkişafı və ekoloji dayanıqlılığın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin, özəl sektorun dəstəklənməsi, investisiya imkanlarının təşviqi və regional bağlantı layihələrində iştirak imkanları nəzərdən keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi