lider-media.az

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları davam edir

Baxış: 1522 Tarix: 17-06-2026, 11:18

İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən 51-ci İllik Toplantıları çərçivəsində regional inteqrasiya, investisiyalar, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və özəl sektorun inkişafı məsələləri müzakirə olunacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində müxtəlif tədbirlər və tematik sessiyalar davam edir.

Toplantıların ikinci günü dövlət qurumlarının, beynəlxalq təşkilatların, maliyyə institutlarının, özəl sektor nümayəndələrinin və ekspertlərin iştirakı ilə regional əməkdaşlıq, investisiyalar, ticarət, enerji, nəqliyyat, rəqəmsal transformasiya, innovasiyalar və dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş müzakirələr keçiriləcək.

Tədbirlər çərçivəsində Azərbaycanın investisiya imkanları, biznes mühiti və iqtisadi inkişaf prioritetləri təqdim ediləcək, regional bağlantıların gücləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl keçid, İslam maliyyəsi, özəl sektorun inkişafı və innovativ maliyyələşdirmə həlləri üzrə fikir mübadiləsi aparılacaq.

Bununla yanaşı, biznes imkanları, quraqlığa qarşı dayanıqlılıq, beynəlxalq tərəfdaşlıq, bilik mübadiləsi və institusional əməkdaşlıq mövzularında forumlar, təqdimatlar, dialoq sessiyaları və işgüzar görüşlər təşkil olunacaq.

İyunun 19-dək davam edəcək İİB Qrupunun 51-ci İllik Toplantıları iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının təşviqi və dayanıqlı inkişaf məqsədlərinin dəstəklənməsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi