İnsan həyatının ən böyük neməti sağlamlıqdır. Bu nemətin qorunması, insanların ömrünün uzadılması, xəstəliklərin qarşısının alınması və sağlam gələcəyin təmin olunması isə öz həyatını müqəddəs bir peşəyə həsr etmiş tibb işçilərinin üzərinə düşür. Həkimlər, tibb bacıları, feldşerlər, laborantlar və səhiyyənin müxtəlif sahələrində çalışan minlərlə insan hər gün insan sağlamlığı naminə yorulmadan çalışır, ağrılara məlhəm olur, ümidsizliyə ümid gətirir. Məhz buna görə də tibb peşəsi yalnız bir ixtisas deyil, yüksək mənəvi dəyərlərə söykənən insanlıq missiyası hesab olunur.
Azərbaycanda hər il iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Bu əlamətdar gün ölkəmizdə səhiyyə sahəsində çalışan insanların əməyinə verilən yüksək qiymətin, onların cəmiyyət qarşısındakı xidmətlərinə göstərilən ehtiramın ifadəsidir. Tibb işçilərinin peşə bayramı ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsis edilmişdir.
Bu tarixin seçilməsi Azərbaycan səhiyyəsinin tarixində mühüm hadisə ilə bağlıdır. Belə ki, 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin ilk Səhiyyə Nazirliyi yaradılmışdır. Bununla da milli səhiyyə sisteminin formalaşdırılması istiqamətində mühüm addım atılmış, əhalinin sağlamlığının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu təsdiqlənmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, səhiyyə sahəsində mühüm islahatların əsasını qoymuş, yoluxucu xəstəliklərlə mübarizə, tibbi xidmətin təşkili və milli səhiyyə kadrlarının hazırlanması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
Müstəqillik illərində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin yenidən qurulmasına başlanılmış, bu sahənin qanunvericilik bazası təkmilləşdirilmiş, tibb müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkənin şəhər və rayonlarında onlarla müasir xəstəxana, diaqnostika və müalicə mərkəzi tikilərək istifadəyə verilmiş, səhiyyə müəssisələri ən müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. İcbari tibbi sığorta sisteminin tətbiqi isə əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığını daha da artırmışdır.
Azərbaycan səhiyyəsinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də xüsusi rolu vardır. Fondun təşəbbüsü ilə həyata keçirilən çoxsaylı humanitar aksiyalar, tibbi müayinələr, xəstə uşaqlara və ehtiyacı olan insanlara göstərilən dəstək cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Son illərin ən ciddi qlobal sınaqlarından biri olan COVID-19 pandemiyası tibb işçilərinin fədakarlığını və peşəkarlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Həyatlarını riskə atan həkimlər və səhiyyə əməkdaşları insanların sağlamlığının qorunması naminə gecə-gündüz çalışdılar. Azərbaycan tibb işçiləri də pandemiya ilə mübarizədə böyük qəhrəmanlıq göstərərək minlərlə insanın həyatının xilas edilməsinə nail oldular. Onlar aylarla ailələrindən uzaq düşərək, öz sağlamlıqlarını və həyatlarını risk altına qoyaraq insanların xilası naminə mübarizə apardılar. Təəssüf ki, bu mübarizə itkisiz ötüşmədi. Virusla mübarizənin ön cəbhəsində çalışan bir sıra həkimlər və səhiyyə işçiləri peşə borclarını yerinə yetirərkən həyatlarını itirdilər. Onların göstərdikləri fədakarlıq, peşəyə sədaqət və insan həyatına bağlılıq Azərbaycan səhiyyə tarixinin şərəfli səhifələrindən biri kimi yadda qaldı.
Tibb peşəsinin böyüklüyü ondadır ki, onun əsas məqsədi insan həyatını qorumaqdır. Həkimin verdiyi hər qərar, göstərdiyi hər diqqət və qayğı insan taleyində mühüm rol oynayır. Bu peşənin sahibləri yalnız xəstəlikləri müalicə etmirlər, həm də insanlara yaşamaq ümidi, gələcəyə inam bəxş edirlər. Buna görə də tibb işçiləri hər zaman cəmiyyətin ən hörmətli və etibar edilən peşə sahibləri sırasında yer alırlar.
Ağ xalatın şərəfini daim uca tutan bu fədakar insanların əməyi cəmiyyətin ən qiymətli mənəvi sərvətlərindən biridir. İnsan ömrünə işıq, ailələrə sevinc, cəmiyyətə sağlam gələcək bəxş edən tibb işçilərinin xidmətləri hər zaman yüksək ehtiramla yad olunacaq, onların nəcib fəaliyyəti gələcək nəsillər üçün də örnək olaraq qalacaqdır.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Leyla Əliyeva “Məlhəm Hospital”da olub
Prezidentin müsahibəsinin TAM MƏTNİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb