lider-media.az

Ötən gün ölkə ərazisində 70 cinayətin üstü açılıb

Baxış: 1 097 Tarix: 17-06-2026, 10:30

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 16-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
Axtarışda olduğuna görə ümumilikdə 184, o cümlədən borclu şəxs qismində axtarışda olan 166 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi