lider-media.az

MSK nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edəcək

Baxış: 1 061 Tarix: 17-06-2026, 10:06

Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti iyunun 17-18-də Batumidə keçiriləcək Seçki İdarəetmə Orqanlarının 13-cü illik görüşündə iştirak etmək məqsədilə Gürcüstana gedib.

Bu barədə MSK-dan məlumat verilib.

Bildirilib ki, müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, müstəqil ekspertlərin və seçki texnoloqlarının iştirakı ilə təşkil olunan budəfəki illik görüş "Dezinformasiya strategiyaları, süni intellekt və sosial şəbəkələrin informasiya bütövlüyündə rolu" mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycanı MSK sədrinin müavini Rövzət Qasımov və qurumun katibliyinin Ümumi şöbəsinin müdiri Elşən Əsgərov təmsil edirlər. Toplantıda R.Qasımovun da çıxışı nəzərdə tutulur.

MSK nümayəndələrinin səfər çərçivəsində tədbirin iştirakçısı olan müxtəlif ölkələrin ali seçki administrasiyalarının, eləcə də beynəlxalq və xarici təşkilatların təmsilçiləri ilə görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərdə qurumlararası əlaqələr, seçkilərlə bağlı müxtəlif sahələrdə təcrübə mübadiləsinin daha da genişləndirilməsi və yeni əməkdaşlıq imkanları istiqamətində müzakirələr aparılması planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi