Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 64-cü sessiyasında (SB64) fəal iştirakını davam etdirir.
Lider-media.a xəbər verir ki, sessiyanın birinci həftəsində COP29 Sədrliyinin təşəbbüslərinin və COP29 və COP30 çərçivəsində Azərbaycana verilmiş mandatların icrasına həsr olunmuş bir sıra tədbirlər və görüşlər keçirilmişdir.
Bu çərçivədə COP29-un Bakı Şəffaflıq Platforması (BTP) təşəbbüsü üzrə UNFCCC Katibliyi, COP30 və COP31 sədrlikləri ilə birgə sessiya təşkil edilmişdir. Tədbirdə ikiillik şəffaflıq hesabatlarının birinci dövrü üzrə təcrübələr, mövcud çətinliklər və ikinci dövr hesabatlarının hazırlanmasında inkişaf etməkdə olan ölkələrə göstərilə biləcək dəstək məsələləri müzakirə olunmuşdur. BTP çərçivəsində növbəti sessiyanın cari ilin sentyabr ayında Bakıda keçiriləcək UNFCCC İqlim Həftəsi zamanı təşkili qərara alınmışdır.
Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin dəstəyi ilə keçirilən “Öhdəliklərdən Praktiki Fəaliyyətə: Böhran və Həssaslıq Şəraitində Adaptasiya və Sülhü Dəstəkləyən İnnovativ Tərəfdaşlıqlar” tədbirində münaqişə və iqlim risklərinə məruz qalan bölgələrdə dayanıqlığın artırılması üçün innovativ yanaşmalar müzakirə edilmişdir.
Azərbaycan və Braziliyaya verilmiş mandat əsasında hazırlanmış və COP30-dan öncə təqdim olunmuş iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına çatdırılmasına dair Bakıdan Beləmə Yol Xəritəsinin icrası üzrə dövlət və qeyri-dövlət aktorlarının iştirakı ilə dialoq keçirilmişdir. Tədbirdə yol xəritəsinin həyata keçirilməsi ilə bağlı gözləntilər və növbəti addımlar ətrafında fikir mübadiləsi aparılmışdır.
Həmçinin COP29, COP30 və COP31 sədrliklərinin Troika mandatı çərçivəsində həyata keçirilən “Belém 1.5 Missiyası” üzrə ilk sessiya təşkil edilmişdir. Sessiyada tərəf və qeyri-tərəf iştirakçıların mövqeləri dinlənilmiş, səsləndirilən fikirlərin növbəti addımların formalaşdırılmasına töhfə verəcəyi qeyd olunmuşdur.
Bundan əlavə, Azərbaycan nümayəndə heyəti Paris Sazişinin Gücləndirilmiş Şəffaflıq Çərçivəsində keçirilən İrəliləyişlərin Çoxtərəfli və Asanlaşdırıcı Qiymətləndirilməsi prosesinin yüksək səviyyəli seqmentində və Azərbaycanın təqdim etdiyi ikiillik şəffaflıq hesabatına dair texniki dialoqda iştirak etmişdir. Bununla Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanmışdır.
Eyni zamanda nümayəndə heyəti UNFCCC çərçivəsində aparılan tematik danışıqlarda, mandatlı tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak edərək qlobal iqlim gündəliyi üzrə müzakirələrə fəal töhfə vermişdir.


Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb