lider-media.az

Azərbaycan–Şimali Kipr arasında çarter uçuşların başlanması gözlənilir

Baxış: 1 501 Tarix: 14-06-2026, 13:47

Bakıda ŞKTC Mədəniyyət Günü keçirilib

Bakıda, İçərişəhərdə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Mədəniyyət Günü keçirilib. 
Lider-media.az xəbər verir ki, tədbirdə ŞKTC Baş naziri Ünal Üstel, Baş nazirin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, Azərbaycanın və Türkiyənin rəsmiləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Ünal Üstel Azərbaycan, Türkiyə və ŞKTC-nin ortaq tarixə, mədəniyyətə və dəyərlərə malik qardaş xalqlar olduğunu vurğulayıb. O bildirib ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusu əldə etdikdən sonra ŞKTC ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə yüksəlib.

Üstel Azərbaycan və ŞKTC arasında turizm, təhsil, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edərək, iki ölkə arasında çarter aviareyslərin açılması istiqamətində mühüm irəliləyiş əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, müvafiq razılaşmalar tamamlandıqdan sonra müntəzəm çarter uçuşlarının həyata keçirilməsi gözlənilir.

Baş nazirin müavini Fikri Ataoğlu isə Azərbaycan–ŞKTC əlaqələrinin gündən-günə möhkəmləndiyini bildirərək, bu əməkdaşlığın “Üç dövlət, tək millət” anlayışının bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan–ŞKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev isə Azərbaycan və ŞKTC xalqlarının ortaq köklərə, dilə və mədəniyyətə malik olduğunu bildirib. O, son illər iki tərəf arasında siyasi, parlament, biznes və mədəni əlaqələrin əhəmiyyətli dərəcədə genişləndiyini qeyd edib.

Tədbir çərçivəsində ŞKTC-nin folkloru, musiqisi, milli mətbəxi, əl sənətləri və mədəni irsi nümayiş etdirilib. Qonaqlar gün ərzində Şimali Kipr Türk Cümhuriyyətinin zəngin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi