İşığa bərabər insanlar
İnsan hüquqlarının qorunması sahəsində qlobal ictimaiyyətin diqqət yetirdiyi mühüm məsələlərdən biri də albinizmli insanların cəmiyyətdə bərabər hüquq və imkanlara malik olmalarının təmin edilməsidir. Hər il iyunun 13-də qeyd olunan Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günü məhz bu məqsədə xidmət edir. Bu tarix təkcə genetik xüsusiyyətə malik insanların problemlərini gündəmə gətirmir, həm də cəmiyyətləri məlumatlandırmağa, stereotipləri dağıtmağa və insan ləyaqətinin qorunmasına çağırır. BMT Baş Assambleyasının 2014-cü ildə qəbul etdiyi qərarla təsis edilən bu gün 2015-ci ildən etibarən beynəlxalq səviyyədə qeyd olunur. Onun əsas məqsədi albinizmli şəxslərin hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin edilməsi və onların sosial həyata tam inteqrasiyasına dəstək göstərilməsidir.
Albinizm melanini dəriyə, saçlara və gözlərə rəng verən piqmentin – orqanizmdə qismən və ya tam çatışmazlığı ilə xarakterizə olunan irsi-genetik xüsusiyyətdir. Bu vəziyyət yoluxucu deyil, sonradan yaranmır və dünyanın bütün ölkələrində, bütün etnik qruplar arasında müşahidə olunur. Albinizmli insanların əksəriyyətində müxtəlif dərəcəli görmə məhdudiyyətləri mövcuddur. Melanin çatışmazlığı onları günəş şüalarının təsirinə qarşı daha həssas edir və dəri xərçəngi riskini artırır. BMT-nin məlumatına görə, albinizmin müalicəsi yoxdur, lakin günəşdən qorunma vasitələri, erkən diaqnostika və müvafiq tibbi dəstək insanların normal həyat sürməsinə imkan yaradır.
Statistik göstəricilər albinizmin nadir genetik xüsusiyyətlərdən biri olduğunu göstərir. Şimali Amerika və Avropada hər 17–20 min nəfərdən biri albinizmlə yaşayır. Lakin Afrika qitəsinin bəzi ölkələrində bu göstərici xeyli yüksəkdir. Məsələn, Tanzaniyada təxminən hər 1400 nəfərdən biri, Zimbabvenin bəzi bölgələrində isə hər 1000 nəfərdən biri albinizmlidir. Mütəxəssislər bunu müəyyən genetik xüsusiyyətlərin daha geniş yayılması ilə izah edirlər.
Dünyanın müxtəlif bölgələrində albinizmli insanlar təkcə sağlamlıq problemləri ilə deyil, həm də sosial maneələrlə qarşılaşırlar. BMT və insan hüquqları təşkilatlarının hesabatlarında qeyd olunur ki, bir sıra ölkələrdə albinizm haqqında yanlış təsəvvürlər, xurafat və miflər bu insanlara qarşı ayrı-seçkiliyin yaranmasına səbəb olur. Xüsusilə bəzi Afrika ölkələrində albinizmli şəxslər uzun illər zorakılıq, hücum və insan hüquqlarının kobud şəkildə pozulması halları ilə üzləşiblər. Bu səbəbdən BMT İnsan Hüquqları Şurası 2013-cü ildə albinizmli insanlara qarşı hücumların və diskriminasiyanın qarşısının alınmasına dair xüsusi qətnamə qəbul edib, daha sonra isə onların hüquqlarının müdafiəsi üzrə müstəqil ekspert institutu yaradılıb.
Ümumdünya Səhiyyə Təşkilatı və beynəlxalq səhiyyə qurumları albinizmli insanların sağlamlığının qorunması üçün erkən diaqnostika, müntəzəm oftalmoloji müayinələr, günəşdən qoruyucu vasitələrə əlçatanlığın artırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsini vacib hesab edir. Mütəxəssislər bildirirlər ki, lazımi tibbi və sosial dəstək göstərildiyi halda albinizmli insanlar cəmiyyətin bütün sahələrində uğurla fəaliyyət göstərə bilirlər.
Azərbaycanda albinizmli şəxslərin sayına dair ayrıca rəsmi statistika açıqlanmasa da, onların hüquqlarının qorunması əlilliyi və sağlamlıq məhdudiyyətləri olan şəxslərin müdafiəsinə dair dövlət siyasətinin tərkib hissəsidir. Son illərdə ölkədə sosial müdafiə sisteminin gücləndirilməsi, inklüziv təhsilin inkişaf etdirilməsi, reabilitasiya xidmətlərinin genişləndirilməsi və həssas əhali qruplarının sosial inteqrasiyasının təmin olunması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Respublikasının BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasına qoşulması, bu sahədə qəbul edilən dövlət proqramları və sosial islahatlar görmə məhdudiyyətləri olan vətəndaşların, o cümlədən albinizmli insanların cəmiyyət həyatında daha fəal iştirakına şərait yaradır.
Müasir dünyada albinizmə münasibət tibbi yanaşmadan daha çox insan hüquqları və sosial inklüzivlik məsələsi kimi qiymətləndirilir. Bu gün albinizmli insanlar elm, təhsil, incəsənət, idman və ictimai fəaliyyət sahələrində mühüm uğurlar qazanaraq cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Onların qarşılaşdığı əsas problem isə fiziki fərqlilik deyil, məlumatsızlıq və stereotiplərdir. Buna görə də Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Gününün başlıca mesajı cəmiyyətlərdə anlayışın, hörmətin və bərabər imkanların təşviq edilməsidir.
13 iyun bir daha xatırladır ki, insanları fərqləndirən onların görünüşü deyil, potensialı, biliyi və cəmiyyətə verdiyi töhfələrdir. Hüquqları, ləyaqəti və təhlükəsizliyi qorunan hər bir insan cəmiyyətin inkişafına xidmət edir. Albinizmli insanların da digər vətəndaşlarla eyni imkanlara malik olması yalnız sosial ədalətin deyil, həm də humanist dəyərlərə söykənən müasir dövlət və cəmiyyət quruculuğunun vacib göstəricilərindən biridir.
Nurəngiz Adilqızı


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb