Diz oynağı insan orqanizmində ən çox yüklənən oynaqlardan biridir. Gündəlik həyatımızda yerimək, pilləkən qalxmaq, oturub-durmaq kimi sadə görünən hərəkətlər belə diz oynağının sağlamlığından birbaşa asılıdır. Yaş artdıqca, artıq çəki, travmalar və ya uzunmüddətli fiziki yüklənmələr nəticəsində dizdə qığırdaq toxumasında zədələnmələr yarana bilər. Xalq arasında bu hal çox zaman “dizdə maye bitməsi” kimi ifadə olunur.
Mövzu ilə bağlı Proloterapiya və Ağrı Həkimi Gülnar Həmzəyevanın fikirlərini öyrəndik. Həkim bildirir ki, bu ifadə tibbi baxımdan tam doğru deyil: “Dizdə maye bitib dedikdə bu o demək deyil ki, dizdə maye tamamilə tükənib. Burada əsas məsələ qığırdaq zədələnməsi və oynaq mayesinin keyfiyyətinin azalmasıdır”.
Onun sözlərinə görə, bu vəziyyət əksər hallarda Osteoartrit – yəni diz osteoartriti ilə əlaqəlidir. Osteoartrit zamanı qığırdaq toxuması nazilir, oynaq səthlərində sürtünmə artır və nəticədə ağrı, şişkinlik, hərəkət məhdudluğu yaranır.
Həkim əsas simptomları belə sadalayır: “Xəstələr daha çox nərdivan qalxıb-enərkən ağrıdan şikayət edirlər. Dizdə istilik və şişkinlik olur. Yeriyərkən ağrı artır. Uzun müddət oturduqdan sonra isə diz sanki kilidlənir, ayağa qalxmaq çətinləşir”.
Mütəxəssis xüsusilə vurğulayır ki, belə hallarda ilk seçim kimi əməliyyata tələsmək doğru yanaşma deyil: “Çox gözəl nəticə aldığımız müalicə terapiyalarımız var. Əməliyyat ikinci seçim olaraq dəyərləndirilməlidir”.
Onun sözlərinə görə, uyğun xəstələrdə dizin daxili və periartikulyar sahələrinə tətbiq olunan bioloji və regenerativ müalicə üsulları effektiv nəticə verə bilər: “Prolozon, PRP, egzosom, kök hüceyrə və kollagen əsaslı müalicə üsullarını xəstəliyə və xəstəyə özəl şəkildə təyin edirik. Edilən prosedurların sayı xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq dəyişir”.
Həkim bildirir ki, bu müalicələrin əsas məqsədi ağrını azaltmaq, oynağın funksiyasını bərpa etmək və xəstənin gündəlik həyat keyfiyyətini artırmaqdır. Vaxtında və düzgün planlaşdırılmış terapiya bir çox hallarda əməliyyata ehtiyacı gecikdirə və ya tamamilə aradan qaldıra bilər.
Diz ağrıları ilə üzləşən hər kəs bilməlidir ki, bu problem mütləq cərrahi müdaxilə demək deyil. Müasir tibbdə tətbiq olunan innovativ və fərdi yanaşmalar sayəsində əməliyyatsız uğurlu nəticələr əldə etmək mümkündür. Həkim Gülnar Həmzəyevanın da vurğuladığı kimi, “hər xəstə ayrıca qiymətləndirilməli və müalicə planı fərdi şəkildə müəyyənləşdirilməlidir”.
Sağlam və aktiv həyat üçün əsas şərt isə vaxtında mütəxəssisə müraciət etməkdir.
Nurəngiz Adilqızı


Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb