lider-media.az

Həyatını təhlükəyə atan piyada öldü

Baxış: 1631 Tarix: 8-06-2026, 15:20

heyatini-tehlukeye-atan-piyada-oldu

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi iyunun 6-sı Sabunçu rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. Piyada keçidinin yaxınlığında çoxzolaqlı yolu keçməyə çalışan şəxsin hadisə yerində öldüyü bildirilib.

Heydər Əliyev prospektinin “Sabunçu körpüsü” adlanan ərazidən keçən hissəsindəki qəza zamanı piyadanın həyatını təhlükəyə atdığı məlum olub.

“Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər.

 Sürücülər isə sükan arxasında yola diqqət yetirməli, sürət həddinə əməl etməlidirlər”, - qurumun müraciətində vurğulanıb.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi