
Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, intensiv yağıntılar nəticəsində fəsadların yarandığı Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb.
Hazırda ərazidə yaranmış problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub.
Görülən işlər çərçivəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, yol yatağının genişləndirilməsi, həmçinin xüsusi svayların vurulması ilə yol yatağının möhkəmləndirilməsi və dayanıqlığının artırılması istiqamətində tədbirlər görülür.
Bununla yanaşı, sel sularının zədələdiyi suötürücü qurğuların və metal konstruksiyalı körpünün bərpası istiqamətində də müvafiq işlər aparılır. Yağıntılı hava şəraitinin yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə yol boyu əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.
Görülən işlərin əsas məqsədi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır.
Yolunuz açıq olsun!

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Xocalının Badara, Xanabad, Təzəbinə və Daşbulaq kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Dövlət Komitəsi Badara kəndində mənzillə bağlı yayılan iddialara aydınlıq gətirib
Növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında
Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının Qanunu
BDYPİ-dən küləkli hava ilə əlaqədar xəbərdarlıq
İyulun 28-də gözlənilən hava şəraiti
Türkiyənin turizm tanıtımı layihələri ABŞ-da nüfuzlu mükafatlar qazandı
Son iki gündə 76 cinayətin açılması təmin olunub
Baş prokuror paytaxtın Nəsimi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
Vilayət Eyvazov sıra baxışı keçirdi
Ağamalı Məmmədov: "Vladimir Vısotski ilə xəyali söhbət: «Mən, əlbəttə, qayıdacağam...»

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması