

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə)keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizin BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib. “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib. Anar Əliyevlə Jilber Hunqbonun görüşündə Azərbaycanın ötən dövrdə Təşkilatın artıq 60 Konvensiyasına qoşulduğu və daha bir sıra konvensiyaların ratifikasiya imkanlarının nəzərdən keçirildiyi diqqətə çatdırılıb.Sessiya çərçivəsində nazir Anar Əliyevin Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüşündə ölkələrimiz arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğu vurğulanıb. İki nazirlik arasında əməkdaşlıq gündəliyinə, habelə işçi qüvvəsinin ixracı ilə bağlı əməkdaşlığın davamlı və daha intensiv xarakter almasına dair fikir mübadiləsi aparılıb.Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene ilə görüşən nazir Anar Əliyev ölkələrimiz arasında sosial sahədə əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu qeyd edib. Görüşdə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi, Litvanın əmək bazarının ehtiyaclarına uyğun olaraq Azərbaycandan işçi qüvvəsinin cəlb edilməsi imkanlarının araşdırılması məsələləri müzakirə olunub. BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşlərdə ölkəmizin BƏT-lə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.

Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb