Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun əsas yükdaşımə marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsindən sonra rəsmi açılışı keçirilib.
Tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, eləcə də Qazaxıstan və Özbəkistanın dəmir yolları və logistika qurumlarının rəhbərləri iştirak ediblər.
Çıxış edən rəsmilər Orta Dəhlizin inkişaf perspektivlərindən, BTQ-nin ölkələrarası ticarət və nəqliyyat əlaqələrinin genişlənməsində oynadığı mühüm roldan danışıblar.
Qeyd olunub ki, cari il mayın 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə BTQ-nin modernləşdirilməsi üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Sənədlə Marabda–Türkiyə sərhədi (Kartsaxi) istiqamətində aparılan reabilitasiya və tikinti işlərinin yekunu rəsmiləşdirilib.
Məlumata görə, Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən 2024-cü ildə Orta Dəhlizin əsas seqmentlərindən olan BTQ xəttinin Gürcüstan ərazisində yerləşən 184 kilometrlik hissəsində geniş modernləşdirmə işləri həyata keçirilib.
Layihə 5 mərhələ üzrə icra olunaraq 13 stansiya, 55 körpü, 8 dartı yarımstansiyası və yüzlərlə mühəndis qurğusunu əhatə edib. Bununla yanaşı, 30,3 km yeni dəmir yolu xətti inşa edilib, 153,1 km mövcud xətt isə yenidən qurulub və bərpa edilib.
Görülən işlər nəticəsində BTQ-nin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib. Bu da xəttin Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhliz üzrə ən mühüm logistik marşrutlardan birinə çevrilməsinə imkan yaradıb.





ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb
Sabah BTQ-nin açılışıdır
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb