BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.Sosial dövlət olan Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində də fəal dövlət siyasətinə malikdir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı uşaqların sosial müdafiəsinə, sağlam və firavan böyüməsinə, inkişafına yönələn tədbirlərin də ildən-ilə güclənməsinə imkan verib. Ölkəmizdə bir çox kateqoriyalardan olan uşaqlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə sosial ödənişlər həyata keçirilir. Onların sırasına əlilliyi olan uşaqlar, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları daxildir. Habelə əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlərə, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına, övladlığa və himayəyə uşaq götürənlərə aylıq sosial ödənişlər edilir. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir. Son 7 ildə ölkədə icra olunan 5 sosial islahat paketi çərçivəsində bu sosial ödənişlərdə də dəfələrlə artım baş verib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci il oktyabrın 22-də açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan və digər həssas qruplara aid uşaqların da reabilitasiyası, istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün mühüm işlər aparılır. Mərkəzdə və onun İsmayıllı, Bərdə rayonlarındakı filiallarında ötən dövrdə 1000 nəfərdən çox benefisiar təlimlərə və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 443 nəfərini uşaqlar təşkil edib.
Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində müasir tələblərə uyğun qurulan sosial xidmət müəssisələrində həssas qruplar aid uşaqlar reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər. Bu kateqoriyadan olan uşaqlar, habelə onların valideynləri günərzi qayğı mərkəzləri və sosial xidmət mərkəzlərinin xidmətlərindən də yararlanırlar. Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində isə əlilliyi olan uşaqlar stasionar, ambulator, icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunur. Həmin mərkəzlərdə bu ilin ötən dövründə 14400 uşağa reabilitasiya xidmətləri göstərilib.
Övladlığagötürmə, himayədar ailə və uşaqların ailələrə reinteqrasiyası sahəsində də mühüm işlər görülür. Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsinin Nazirliyə həvalə olunduğu 2019-cu ildən ötən dövrdə 884 uşaq övladlığa verilib. Son illər ölkəmizdə “Himayədar ailə” modeli də tətbiq edilir və ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib.


Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb