lider-media.az

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

Baxış: 1 616 Tarix: 29-05-2026, 12:09

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

İyunun 6-7-də Bakıda klassik və sürət avtomobillərinin festivalı təşkil ediləcək.

Lider-media.a xəbər verir ki, “Classics & Supercars” festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək.

İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək. Avtomobillər “Klassik avtomobillər zonası”, “Supercar zonası” və “İdman avtomobilləri” zonasında nümayiş olunacaq.

Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri sərgilənəcək.

Sərgidə avtomobilləri ilə iştirak etmək istəyən şəxslər [email protected] elektron ünvanına və ya (+99450) 295 01 00 mobil nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Ziyarətçilərin tədbirə girişi sərbəstdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi