İyulun 9-da Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) qüvvəyə minib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, saziş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyoudi imzalayıblar.
Sənədin imzalanmasında əsas məqsəd tərəflər arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. BƏƏ ilə strateji əlaqələrin bir hissəsi kimi iqtisadi şaxələnmə və rifahı artırmağı hədəfləyən Sazişin qüvvəyə minməsi ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd müasir çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadi inkişaf üçün əhəmiyyətli baza yaradır.
CEPA 18 fəsil və onların əlavələrindən ibarətdir. Sazişə görə, mal və xidmətlərin ticarəti üzrə bazara çıxış genişləndirilir. Sənəddə tərəflər arasında ticarətdə mal nomenklaturunun 90 faizdən yuxarı hissəsi üzrə tariflərin aradan qaldırılması nəzərdə tutulur. Bununla yanaşı, gömrük prosedurları sadələşdirilir, sanitariya və fitosanitar tədbirlər üzrə tələblər asanlaşdırılır, aydın mənşə qaydaları tətbiq edilir.
Sənəd, həmçinin kiçik və orta biznesin dəstəklənməsini, müxtəlif iqtisadi sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsini hədəfləyir. Bu isə iki ölkə arasında strateji münasibətlər çərçivəsində şaxələndirməni, birgə iqtisadi artımı və rifahı təşviq edir.
Saziş ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması, rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın genişləndirilməsi, biznes subyektləri üçün daha əlverişli və şəffaf mühitin formalaşdırılması üçün yeni imkanlar açır.


Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib Prezident İlham Əliyevə mükafat təqdim olunub YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentlər İlham Əliyevin və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın geniş tərkibdə görüşü olub, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri sənədləri mübadilə edilib YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb