Ötən həftə Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Bu barədə Lider-media.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun rəhbəri, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, İşçi qrupun üzvü olan digər şəxslər və sahibkarlar iştirak ediblər. Görüşdə sahibkarların qarşılaşdıqları çətinliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq sahədə qanunvericiliyin müddəaları barədə məlumatlandırılıblar.
Görüş zamanı Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi” çərçivəsində İşçi qrup tərəfindən görülmüş işlər barədə sahibkarlara məlumat təqdim edilib. Bildirilib ki, İşçi qrupun əsas məqsədi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq biznesin təşviqinə şərait yaradan bütün aspektlərin inkişaf etdirilməsi, maneələrin aradan qaldırılması, mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və onların əlçatanlığının təmin edilməsidir.
Qeyd olunub ki, mübahisələrin həlli, məhkəmələrin və digər orqanların qərarlarının daha operativ və effektiv icrası istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu çərçivədə bildirilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesi tam rəqəmsallaşıb və artıq “Elektron Hərrac Portalı” vasitəsilə həyata keçirilir.
Görüşdə ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik, səmərəli və müasir standartlara uyğun təşkili məqsədilə xüsusi icra məmurları institutunun yaradılması istiqamətində görülən tədbirlərdən də bəhs olunub. Bu məqsədlə “Xüsusi icra məmurları haqqında” Qanunun və bundan irəli gələn digər zəruri hüquqi aktların qəbul edildiyi diqqətə çatdırılıb. Qanuna əsasən icra sisteminin qarışıq model üzrə fəaliyyəti nəzərdə tutulur. Yeni model çərçivəsində məhkəmə və digər orqanların qərarlarının icrasının həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçirilməsi mümkün olacaq.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” barədə məlumat verilib. Bildirilib ki, Fəaliyyət Planı cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin artırılmasına, məhkumların əmək bazarının tələblərinə uyğun peşə bacarıqları əldə etməsinə və cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyasının daha effektiv təmin olunmasına xidmət edir.
Görüş zamanı məhkumların işə götürülməsinə sahibkarların (işəgötürənlərin) marağının artırılması, peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və məhkumların əməyə marağının təşviqi ilə bağlı sahibkarlıq subyektlərinin təklifləri dinlənilib.
Sonda sahibkarların qarşıya qoyulmuş hədəflərin icrasına göstərdikləri effektiv dəstək yüksək qiymətləndirilib və onlara təşəkkür edilib.


“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planının və “Business Ready” hesabatı üzrə Yol Xəritəsinin layihələri müzakirə olunub
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Mübahisələrin həlli istiqamətində ən son yeniliklər biznes nümayəndələrinin diqqətinə təqdim olunub
“Biznesin müflisləşməsi” İşçi qrupunun auditorlarla görüşü keçirilib
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb