Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrinin nüfuzlu media qurumları tərəfindən işıqlandırılmaqdadır.
WUF13-ün geniş işıqlandırıldığı ölkələrdən biri də Argentinadır. Bu ölkənin aparıcı media qurumları – “Canal 26”, “Código Baires”, “El Sol Noticias”, “Mercado”, “Todo Salta”, “Hecho en Quilmes”, “Infocielo”, “Diario El Norte” və digərləri Sessiyada Argentina nümayəndə heyətinin Bakıdakı fəaliyyətinə geniş yer ayırıb. Xəbərlərdə Bakıdakı tədbirin iqlim dəyişikliyi ilə mübarizə və şəhər infrastrukturunun maliyyələşdirilməsi üçün önəmli qlobal platforma olduğu vurğulanıb.
Meksika mediası – “Mundo Internacional”, “Acento Noticias” nəşrləri bu ölkənin Senatının Bakıdakı Sessiya ilə bağlı fotosərgi təşkil etməsini və Mexiko bələdiyyəsinin sədri Klara Bruqadanın tədbirdəki iştirakını diqqət mərkəzində saxlayıb.
Mərakeş Krallığında yayımlanan “InfoImmo” və “Yabiladi” portalları bu ölkənin pavilyonunun açılışına və ölkənin şəhərsalma təcrübəsini nümayiş etdirməsinə xüsusi yer ayırıb. Xəbərlərdə Sessiyanın Bakıda keçirilməsinin İslam dünyası və Afrika ölkələri üçün yeni əməkdaşlıq imkanları yaratdığı, Azərbaycanın qlobal urbanizasiya problemlərinin həllində mühüm vasitəçilik rolu oynadığı qeyd olunub.
Türkiyə mediası da Bakıdakı müzakirələri fəal işıqlandırmaqda davam edir. “Cumhuriyet” qəzetində, “Haber Global” və “TRT Avaz” televiziyalarında yayımlanan xəbərlərdə Bakı tədbiri “İnsanlığın yeni kənd axtarışı” və qlobal şəhərsalma çağırışlarına cavab olaraq təqdim edilib. İnformasiyalarda Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın şəhərsalma sahəsində də davam etdiyi, həmçinin Türk dünyasının bu qlobal platformada fəal təmsil olunduğu vurğulanıb.
Ukrayna mediası da Bakıdakı müzakirələri ilk gündən diqqət mərkəzində saxlayır. “Ukrinform”, “Kremenchuk TV”, “Novyny Poltavshchyny”, “Finteco”, “My Kyiv Region”, “Kremen Today” və digər media orqanları WUF13-də bu ölkənin milli pavilyonunun açılışını və “Ukrayna modeli”nin təqdimatını fəal şəkildə işıqlandırıb. Yayımlanan informasiyalarda Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyi qeyd olunub.
İspaniyanın “Maspalomas Ahora” və “La Provincia” nəşrləri tədbirdə Kanar Adaları nümayəndələrinin təkliflərinə və mənzil siyasətinə diqqət çəkib. Xəbərlərdə WUF13-ün beynəlxalq hüquqi tənzimləmələrin müzakirəsi üçün əlverişli mühit yaratdığı və qlobal şəhərsalma problemlərinin həllində Bakının önəmli platforma olduğu bildirilib.
Polşanın “Portal Samorządowy” nəşri isə Katovitse şəhərinin və Qdansk Texnologiya Universitetinin Bakıdakı tədbirdə iştirakına yer ayırıb. Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycanın təşkil etdiyi bu Sessiya şəhərlərin rəhbərləri üçün bilik və əməkdaşlıq imkanları baxımından əvəzolunmaz imkandır.
Bolqarıstanın Dövlət Teleqraf Agentliyi (BTA), “Pro News Dobrich” nəşri də yayımladıqları xəbərlərdə tədbirin həm regional, həm də beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıb. Məlumatlarda BMT rəsmilərinin Azərbaycanın təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirdikləri və WUF13-ün şəhər idarəçiliyi sahəsində ən uğurlu platformalardan biri olduğu qeyd edilib.
Çinin “China.com”, “Xinhua News”, “163.com” media qurumları da WUF13 barədə silsilə xəbərlər, reportajlar yayımlamaqdadır. WUF13-ün şəhərsalma sahəsində dünyanın ən nüfuzlu tədbiri olduğunu qeyd edən bu media orqanları paytaxt Bakının modern şəhər infrastrukturunu və ev sahibliyi potensialını yüksək qiymətləndirib.
Pakistan mediası Sessiyanı fəal şəkildə işıqlandırmaqda davam edir. Qardaş ölkənin “Digital Pakistan”, “Dispatch News Desk” (DND) media qurumları WUF13-də xüsusilə iqtisadi inkişaf və əlçatan mənzil təminatı kimi mühüm mövzularda aparılan müzakirələrə geniş yer ayırıb. Xəbərlərdə Azərbaycanın bu tədbir vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsinin dünyaya çatdırılmasına şərait yaratdığı bildirilib. Bakı platforması Cənubi Asiya ölkələri üçün innovativ şəhərsalma modellərini öyrənmək üçün ideal məkan kimi təsvir edilib. Qazaxıstanın “Kazakhstan Today”, “Invest.gov.kz” və digər nəşrləri Bakıdakı tədbiri regionun şəhərsalma gələcəyi üçün həlledici mərkəz kimi qiymətləndirib.
Vyetnamın “VnEconomy” nəşri sürətli urbanizasiya prosesləri fonunda Azərbaycanın ev sahibliyi etdiyi bu platformanı yaşıl infrastruktur investisiyaları üçün həlledici çağırış məkanı kimi təqdim edib. Əfqanıstanın “Kabul Signal” media qurumu Bakı Sessiyasını iqlim diplomatiyası üçün nadir fürsət hesab edərək, müxtəlif regionların nümayəndələrin burada iştirakına xüsusi diqqət ayırıb. Türkmənistanın “Altyn Asyr”, Tacikistanın “Khovar” agentlikləri Bakının beynəlxalq şəhərsalma gündəminin mərkəzi olduğunu vurğulayaraq, “UN-Habitat” ilə əməkdaşlığın yeni mərhələsinin məhz burada müzakirə olunduğunu qeyd edib.




ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Bakıda keçirilən Hərbi parad dünya KİV-ində
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası keçirilib
ƏMAS-da ezamiyyə vəsiqələrinin elektron tərtibi ilə bağlı yeni funksionallıq yaradılıb
Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək-Fotolar
İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Səhiyyə naziri Qlobal Fondun nümayəndə heyəti ilə görüşüb
Milli Mətbuat Günü – Peşəkar jurnalistikaya ehtiram
Kəlbəcərdə sursat partlayıb, 1 nəfər xəsarət alıb
Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
İyulun 22-də gözlənilən hava şəraiti
DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Argentina çempion kimi qarşılandı
Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib
Yanvar-iyun aylarında “Könüllü DOST” proqramına 776 şəxs cəlb olunub
Belçikalıların Kralı Əlahəzrət Filipə
İlham Əliyev Endi Börnhemi Britaniyanın Baş naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması