Ürəyimiz yananda – çay...
Bu nida Azərbaycan xalqının çaya olan sevgisini, ona bağlı mənəvi münasibətini ən dolğun şəkildə ifadə edir. Çay əsrlərdir insanların həyat tərzinə çevrilib. Evə gələn qonağın qarşısına ilk qoyulan nemət də çaydır, ən səmimi söhbətlərin başlanğıcı da. Məhz buna görə hər il qeyd olunan Beynəlxalq Çay Günü dünyanın müxtəlif xalqlarını ortaq mədəniyyət ətrafında birləşdirən xüsusi günlərdən hesab olunur.
2019-cu ilin dekabrında BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan edilməsi barədə qətnamə qəbul olunub. Dünyada tanınan içkilər arasında bəlkə də ən məşhuru çaydır. Ölkəmizin çay süfrəsinin özünəməxsusluğu da hər zaman seçilib. Armudu stəkanın içində süzülən tünd qara çay, yanında mürəbbə, limon və şirniyyat milli qonaqpərvərliyimizin rəmzi olaraq dəyərləndirilir. Xalq arasında təsadüfən demirlər ki, “çay olan evdə söhbət də isti olar”. Çay könlümüzə rahatlıq və dinclik gətirən içki olmaqla yanaşı, həm də mədəniyyət nişanəsidir.
Mütəxəssislər bildirirlər ki, çay gündəlik qida rasionunda əhəmiyyətli yer tutur. Onun tərkibində sağlamlıq üçün faydalı müxtəlif minerallar var. Lakin həddindən artıq çay istifadəsi müəyyən risklər də yarada bilər. Mövzu ilə bağlı kardioloq-həkim Tahirə Qədirova ilə həmsöhbət olduq. Həkim bildirdi ki, həm qara, həm də yaşıl çayın faydaları elmi araşdırmalarla təsdiqlənsə də, normadan artıq istifadə ürək-damar sistemi üçün müəyyən problemlər yarada bilər: “Araşdırmalar göstərir ki, yaşıl çayın müntəzəm və ölçülü istifadəsi arterial təzyiqin və ürək-damar xəstəlikləri riskinin azalmasına müsbət təsir göstərə bilər.”
Həkim qeyd etdi ki, qara çayın da ürək sağlamlığı baxımından faydalı tərəfləri var: “2022-ci ildə Böyük Britaniyada təxminən 500 min insan üzərində aparılmış müşahidələr göstərib ki, gündə iki və daha çox fincan qara çay qəbul edən şəxslərdə ürək xəstəlikləri və insultdan ölüm riski daha aşağı olub”.
Kardioloqun sözlərinə görə, əsas məsələ qəbul edilən kofein miqdarıdır: “Bir fincan qara çayda orta hesabla 40-70 milliqram, yaşıl çayda isə 30-50 milliqram kofein olur. Gün ərzində həddindən artıq tünd çay içilməsi ürəkdöyünmə, ritm pozuntusu, əsəbilik, yuxusuzluq və arterial təzyiqin yüksəlməsi ilə nəticələnə bilər”.
Həkim əlavə etdi ki, sağlam yetkin insan üçün gündəlik təhlükəsiz kofein norması təxminən 400 milliqrama qədər hesab olunur. Bu isə gün ərzində qəbul edilən digər kofeinli məhsullarla birlikdə orta hesabla 4-5 fincan çayı keçməməyi tələb edir.
Mütəxəssis xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara ehtiyatlı olmağı da tövsiyə etdi: “Hipertoniya, aritmiya və ürək çatışmazlığı olan şəxslər tünd çayın qəbulunu nəzarətdə saxlamalıdırlar. Çayı xüsusilə gecə saatlarında çox qəbul etmək ürək ritminə və yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər”.
Nurəngiz ADİLQIZI


Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb