Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilati dəstəyi ilə “Media İnkişaf Mərkəzi (MİM)” İctimai Birliyi tərəfindən “Urban dayanıqlılıq və mənzilləşmə ilə bağlı ictimai müzakirədə media hərəkətverici qüvvə kimi” mövzusunda tədbir keçirilib.
Tədbir yenidənqurma mövzusunda hazırlanan videoçarxın nümayişi ilə başlayıb.
Sonra “Media İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Qabil Rüstəmov hazırda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirdiyi “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin, yaşıl enerji və müasir şəhərsalma həllərinin əhəmiyyətli nümunə olduğunu deyib.
O qeyd edib ki, media inklüziv urbanizasiya, yaşıl infrastruktur və davamlı inkişaf siyasətinin təşviqində mühüm rol oynayır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev müasir medianın yalnız məlumat mənbəyi olmadığına diqqət çəkib: “O, eyni zamanda, beynəlxalq kommunikasiya və milli maraqlar üçün hərəkətverici qüvvədir. Xüsusilə şəhərlərdə, yaşayış məskənlərində davamlılığın, dayanıqlılığın artırılması üçün olduqca önəmli aktordur”.
COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, şəhərlər hər zaman iqtisadi tərəqqinin göstəriciləri olub: “Təbii ki, burada media xüsusi vasitəçi rolunu oynayır. Yəni biz bərabər, sürətli informasiya mübadiləsi aparmalıyıq”.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva çıxışında WUF13 kimi beynəlxalq platformaların şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin ictimai müzakirəsində mühüm rol oynadığını bildirib.
Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov isə şəhərsalma və dayanıqlı inkişaf mövzularının ictimaiyyətə düzgün çatdırılmasında medianın rolundan danışıb.
“Ikua4change” təşkilatının həmtəsisçisi, Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru Blanca Mujica Acuna Judith, Nigeriyanın Beynəlxalq İqlim Dəyişikliyi İnkişaf Təşəbbüsünün həmtəsisçisi Olumide İdovu Emmanuel və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev tədbirdə şəhər dayanıqlılığı, mənzil siyasəti, iqlim çağırışları və ictimai kommunikasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Qlobal problemlərin həllində “yaşıl enerji”nin rolu
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?