BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 20-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel sessiya keçirilib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə təşkil olunan tədbirə dövlət və hökumət nümayəndələri ilə yanaşı, ekspertlər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, bu sahə üzrə dünyanın aparıcı universitet və şirkətlərindən ixtisaslaşmış mütəxəssislər qatılıblar.
Əvvəlcə işğaldan azad olunmuş ərazilərin əvvəlki vəziyyətini və sonrakı bərpa prosesini əks etdirən görüntülər nümayiş etdirilib.
Sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev urbisid anlayışının beynəlxalq hüquq və təhlükəsizlik kontekstində daha geniş tanınmasının vacibliyini vurğulayıb.
Fərid Şəfiyev diqqətə çatdırıb ki, Qarabağda baş verən urbisid digər nümunələrdən fərqlənərək hərbi əməliyyatlardan sonra sistemli şəkildə həyata keçirilib və məqsəd yalnız şəhərlərin dağıdılması deyil, həm də azərbaycanlı əhalinin həmin ərazilərə qayıdışının qarşısını almaq, bölgənin mədəni yaddaşını və tarixi kimliyini silmək olub. O, ATƏT-in 2005-ci il Faktaraşdırıcı Missiyasının hesabatına istinad edərək Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və digər rayonların tamamilə dağıdıldığını, yaşayış məntəqələrinin talan edildiyini və tikinti materiallarının belə sökülərək aparıldığını qeyd edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib ki, son illərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. İşğal dövründə yüz minlərlə insan öz doğma yurdlarından didərgin salınıb, yaşayış məskənləri, mədəni və dini abidələr dağıdılıb, bölgənin tarixi və mənəvi kimliyini məhv etməyə cəhd göstərilib.
Digər çıxış edənlər - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) coğrafiya və ətraf mühit üzrə qonaq tədqiqatçı Din Şarp, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov, İsveçrədə Cenevrə Universitetinin baş müəllimi Aleksandr Hecazi, İsveçrədə “Drees & Sommer” şirkətində İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə direktor Haris Piplas və Almaniyanı təmsil edən mədəni irs strategiyası və mədəni turizm üzrə mütəxəssis Dalya Altuntepe bildiriblər ki, müasir dövrdə urbisidin müharibə aləti kimi istifadəsi şəhərlərin sosial-iqtisadi inkişafına və dayanıqlılığına ciddi zərbə vurur. Onların sözlərinə görə, münaqişələr zamanı şəhərlərin, yaşayış məntəqələrinin, mühüm infrastruktur obyektlərinin və mədəni irs nümunələrinin məqsədli şəkildə dağıdılması yalnız fiziki mühitə deyil, həm də cəmiyyətin sosial strukturuna və tarixi yaddaşına ağır təsir göstərir.
Çıxışlarda vurğulanıb ki, Qarabağ və ətraf bölgələrdə baş verən dağıntılar bunun bariz nümunəsidir. Şəhərlərin və kəndlərin viran qoyulması, infrastrukturun məhv edilməsi və mədəni irs abidələrinin dağıdılması regionun uzun illər ərzində inkişaf imkanlarını məhdudlaşdırıb.
Beləliklə, müzakirələr urbisid, postmünaqişə dövründə şəhərlərin bərpası və Azərbaycanın yenidənqurma təcrübəsinin beynəlxalq səviyyədə təhlili üçün mühüm platforma rolunu oynayır.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb