lider-media.az

BMT-də Bakıda Qlobal Cənub QHT Platformasının işə salınması yüksək qiymətləndirilib

Baxış: 845 Tarix: Вчера, 12:20

Qlobal Cənub QHT Platformasının işə salınması Azərbaycanın Cənub-Cənub əməkdaşlığının inkişafında rolunun möhkəmlənməsinə töhfə verir.

Lider-media.az xəbər verir ki, bu barədə BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsinin direktoru Dima əl-Xatib Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) çərçivəsində jurnalistlərə bildirib.

Sessiya iştirakçıları hansı maliyyə alətlərinin, icra modellərinin və institusional yanaşmaların ən yüksək səmərəlilik nümayiş etdirdiyini araşdırmaq niyyətindədirlər. Bundan əlavə, bütün layihə dövrü ərzində - hazırlıq və layihələndirmədən tutmuş icra və monitorinqə qədər - harada hələ də kritik maneələrin mövcud olduğu müəyyən ediləcək.

Gələcəyə yönəlmiş ikinci panel şəhərlərin inkişaf maliyyəsini cəlb etmək və ondan səmərəli şəkildə istifadə etmək üçün hazırlığının artırılması məsələlərinə diqqət yetirəcək.

Müzakirə olunan mövzular arasında bələdiyyələrin kredit qabiliyyətinin gücləndirilməsi, maliyyələşdirilən layihələr portfellərinin yaradılması və beynəlxalq maliyyə institutları alətlərinin yerli səviyyədə mərhələli və icma mənzil tikintisi reallıqlarına uyğunlaşdırılması yer alır.

Vurğulanıb ki, mayın 22-dək davam edəcək forumda iştirak etmək üçün dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi