lider-media.az

"AzərEnerji" və "Azərişıq" WUF13-də iki mühüm nəşrin təqdimatını keçirib

Baxış: 1 377 Tarix: 19-05-2026, 12:24

post-img

 Lider-media.az "AzərEnerji"dən verilən məlumata istinadən xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən "AzərEnerji" və "Azərişıq" ASC-lər Azərbaycanın müasir enerji infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerjisistemdə həyata keçirilən rəqəmsal transformasiya layihələrini nümayiş etdirirlər.

Bildirilir ki, forum çərçivəsində keçirilən ilk tədbirdə "AzərEnerji" tərəfindən hazırlanan "Azərbaycan enerjisisteminin arxitekturası" və "Azərişığ"ın ərsəyə gətirdiyi "Şəbəkə memarlığı" kitablarının təqdimatı olub. Təqdim olunan nəşrlərdə ölkənin enerji sisteminin formalaşması, müasir texnoloji yanaşmalar, innovativ həllər və gələcək inkişaf istiqamətləri əks olunub.

Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli "Xankəndi" və "Ağ şəhər" yarımstansiyalarının maketləri, həmçinin enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən digər stendlər də təqdim edilib. Sərgidə nümayiş olunan layihələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi