lider-media.az

FHN Xaçmaz rayonunda meşələrdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib (video, foto)

Baxış: 1138 Tarix: Сегодня, 09:55

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayonu ərazisində yerləşən Samur-Yalama Milli Parkında “Meşələrin yanğın təhlükəsizliyi” ilə bağlı maarifləndirmə tədbiri keçirib.

Aidiyyəti qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib. Tədbirdə meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün insanların, o cümlədən sahibkarların və yaxınlıqda yaşayan kənd sakinlərinin yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra açıq sahədə yanğın təlimi keçirilib. Təlim zamanı açıq sahədə baş vermis şərti yanğının söndürülməsinə Milli Parkın əməkdaşları cəlb edilib. Daha sonra dərhal “hadisə” yerinə cəlb olunmuş FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində “yanğın” genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Daha sonra xüsusi texnikalar vasitəsilə meşəətrafı ərazilərdə sahələrin 6-8 metr enində şumlanaraq təhlükəsizlik zolağının yaradılması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi