lider-media.az

Zəngilana yeni köç etmiş sakinlərin də məşğulluğunun təminatı ilə bağlı işlər aparılır

Baxış: 1286 Tarix: 19-05-2026, 09:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Zəngilana yeni köç etmiş sakinlərin də məşğulluğunun təminatı ilə bağlı işlər aparır.Bu məqsədlə hazırda Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının əməkdaşları tərəfindən qeyd edilən vətəndaşlarla səyyar görüşlər keçirilir. Onların məşğulluq imkanları qiymətləndirilir, peşə bacarıqları, əmək fəaliyyətinə maraqları, məşğulluq ehtiyacları araşdırılır.Həmçinin, vətəndaşlara Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri (o cümlədən işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları və s.) barədə ətraflı məlumat verilir.

 Görüşlərin nəticəsi olaraq sakinlərin maraqlarına və əmək bacarıqlarına uyğun iş yerləri ilə təmin edilmələri, habelə özünüməşğulluq proqramına, peşə hazırlığı kursları və digər tədbirlərə cəlb edilmələri üçün ilkin qeydiyyatı aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi