Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü işə başlayıb. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum çərçivəsində bu gün də mənzil təminatı, dayanıqlı şəhər inkişafı, urbanizasiya, iqlim dəyişiklikləri və rəqəmsal şəhər həlləri ilə bağlı geniş müzakirələr aparılır.
Forumun üçüncü gününün proqramı əsasən qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı və innovativ urbanizasiya modellərinə həsr olunub. Günün əsas sessiyalarından biri "Qlobal mənzil böhranı: Plan nədir?" mövzusunda keçirilən dialoqdur. Sessiyada mənzil əlçatanlığı, sosial bərabərlik və şəhərlərdə yaşayış şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə olunacaq. Dördpendirli pizza
Bununla yanaşı, "Mənzilin sosial və iqtisadi gücü", "Şəhərlər üçün süni intellekt", "Məlumatdan qərarlara: Süni intellekt, məkan təhlili və hamı üçün mənzil", "İqlimə davamlı şəhərlər və icmalar", "Şəhər planlaması iqlim fəaliyyətidir" kimi mövzular forumun diqqət mərkəzindədir. Ekspertlər və beynəlxalq təşkilat nümayəndələri şəhərlərin gələcək inkişafında rəqəmsal texnologiyaların, məlumat əsaslı idarəetmənin və yaşıl həllərin rolunu xüsusi vurğulayırlar.
Üçüncü gün çərçivəsində həmçinin "Hamı üçün mənzil", "Qadınların gücləndirilməsi üçün təhlükəsiz və dayanıqlı yaşayış", "Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər", "Gənclərin şəhər idarəçiliyində rolu", "İqlim maliyyəsinin şəhərlərə yönləndirilməsi", "Dayanıqlı və əlçatan nəqliyyat", "Müharibədən zərər görmüş şəhərlərin bərpası" və "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" kimi mühüm mövzular üzrə sessiyalar keçiriləcək.
Forumun proqramında urbanizasiya və iqlim gündəliyinin əlaqələndirilməsi də xüsusi yer tutur. "İstiyədavamlı şəhərlər", "Təbiət əsaslı həllər", "Yaşıl və dayanıqlı yaşayış", "Su resurslarının idarə olunması", "Şəhərlərdə enerji ədaləti" kimi mövzular urbanizasiya ilə ekoloji davamlılıq arasındakı əlaqələri ön plana çıxarır.
Bu gün həmçinin "World Cities Report 2026" hesabatının təqdimatı, Afrika regionu və digər beynəlxalq platformalar üzrə yüksək səviyyəli görüşlər, eləcə də şəhər inkişafı və mənzil siyasətinə dair xüsusi sessiyalar keçiriləcək.
WUF13 çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələri və "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji zonası" konsepsiyaları da beynəlxalq iştirakçılara təqdim olunur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dayanıqlı urbanizasiya nümunəsi kimi diqqət çəkir.
Qeyd edək ki, forumun ilk iki günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi də təşkil olunub.
Forumun ikinci günü isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. Forum "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusu ətrafında hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb