lider-media.az

Milli Observatoriya daha bir mühüm beynəlxalq sertifikata layiq görülüb

Baxış: 1353 Tarix: 18-05-2026, 14:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya daha bir mühüm beynəlxalq sertifikata layiq görülüb: Quruma ISO 30401:2018 beynəlxalq sertifikatı təqdim olunub.

Bu sertifikat təşkilatlarda biliklərin idarə olunması sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsi üçün tələbləri müəyyən edir. ISO 30401  beynəlxalq sertifikatın əsas məqsədi biliklərin dəyərə çevrilməsini dəstəkləməkdir. Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahəsində araşdırmalar aparır, analitik məlumatlar toplayır, siyasətlərin hazırlanmasına dəstək verir və biliklərin paylaşılmasını təmin edir.  Standartın tətbiqi bu fəaliyyətlərin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə və fəaliyyətin təkmilləşməsinə töhfə verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi