lider-media.az

Baş prokuror Masallıda qəbul keçirib

Baxış: 11 283 Tarix: 15-05-2026, 16:26

bas-prokuror-masallida-qebul-kecirdi

Baş prokuror Kamran Əliyev bu gün Masallı rayonunda vətəndaşların qəbulunu keçirib.

Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonundan olan vətəndaşlar iştirak edib.

Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.Qəbula qatılan 51 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi