lider-media.az

Növbəti “Sosial saat” Milli Observatoriyanın layihələrinə həsr olunub

Baxış: 1122 Tarix: Сегодня, 11:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 4 iyul tarixli Fərmanı ilə yaradılıb. Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində fəaliyyət göstərir. Qurum peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verir, onların həyata keçirilməsində təlim bazası qismində iştirak edir. Milli Observatoriya qeyd edilən istiqamətlərdə mütəmadi layihələr həyata keçirir və 18 may saat 11:30-da DOST TV-də canlı yayımlanacaq “Sosial saat”da da bu mövzudan, habelə qurumun müxtəlif təşkilatlarla, ali təhsil müəssisələri ilə əməkdaşlıq təcrübəsindən bəhs olunacaq. Verilişin qonağı olacaq Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri Əli Mahmudov mövzuya dair məlumat verəcək,  həmçinin izləyiciləri maraqlandıran sualları cavablandırılacaq.

Kanala keçid linki:

 https://www.youtube.com/@dostmediatv   


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi