Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb. ÜST Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində bir neçə ölkə ilə birlikdə sürətli cavab tədbirləri üzərində çalışır. Əsas diqqət xəstələrin müalicəsinə, təhlükəsizliyə və virusun daha da yayılmasının qarşısını almağa yönəlib: “İnsanlar adətən hantavirusa yoluxmuş gəmiricilərlə təmas nəticəsində, xüsusilə onların sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə yoluxurlar. Bəzən çirklənmiş tozun nəfəsə çəkilməsi də infeksiyaya səbəb ola bilər. Nadir hallarda gəmirici dişləmələri də virusu ötürə bilər. Qapalı və ya yaxşı havalandırılmayan yerlərin təmizlənməsi, əkinçilik, meşə təsərrüfatı işləri və ya gəmiricilərin olduğu yerlərdə qalmaq yoluxmaq üçün risk faktoru daşıyır”.
Virusun insandan insana yoluxma halı çox nadirdir və yalnız Amerikada rast gəlinən Andes virus ilə müşahidə olunub. Belə yoluxmalar baş verdikdə, adətən ailə üzvləri və ya partnyorlar arasında, xüsusilə xəstəliyin erkən mərhələsində uzunmüddətli və yaxın təmas zamanı olur.
ÜST gəmidə olan vətəndaşlara görə 12 ölkəni məlumatlandırıb. Bura Kanada, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Müqəddəs Kitts və Nevis, Sinqapur, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ daxildir.
Qurum Cənubi Afrika ilə əlaqəli bir təyyarə reysində olan şəxslərin izlənməsi üçün yardım göstərir: “Beynəlxalq təmas üzrə izlənmə davam edir. Sərnişinlər məlumatlandırılıb və onlarda hər hansı simptom yaranarsa, məlumat vermələri istənilib”.
ÜST şübhəli halların test, müalicə və lazım gələrsə, izolyasiya vasitəsilə tez müəyyənləşdirilməsi və idarə olunmasının vacibliyini vurğulayıb: “ÜST həmçinin, bu tip virusların idarə olunması sahəsində təcrübəsi olan Argentina ilə sıx əməkdaşlıq edir ki, vəziyyəti daha yaxşı başa düşsün və cavab tədbirlərini gücləndirsin”.
Bu virusun diaqnozu üçün Azərbaycanda laboratoriya imkanları varmı?
O da bildirilib ki, Azərbaycanda həm insan sağlamlığı, həm də heyvan sağlamlığı laboratoriyalarında hantavirusun PCR üsulu ilə yoxlanılması imkanı mövcuddur: “ÜST həmçinin, Andes virusu üçün etibarlı testlərin təmin edilməsi məqsədilə Avropa üzrə laboratoriyalarla əməkdaşlıq edir.
Lazım gəlsə, nümunələr təsdiqləmə üçün təhlükəsiz şəkildə ÜST-nin ixtisaslaşmış referans laboratoriyalarına göndərilə bilər. ÜST yaxın zamanda region üzrə test proseslərini dəstəkləmək üçün yenilənmiş laboratoriya təlimatlarını yayımlayacaq”.
ÜST ümumi qlobal riski aşağı hesab edir: “Gəmidə olan insanlar üçün isə risk orta səviyyədə qiymətləndirilir. Hantavirus asanlıqla yayılmır. Virus adətən gəmiricilərdən insanlara keçir və insandan insana yoluxma çox nadir hallarda baş verir. Dünya üzrə hər il minlərlə yoluxma halı qeydə alınır, lakin bu rəqəm dünya əhalisi ilə müqayisədə böyük sayılmır.
Gəmilərdəki vəziyyət riski azaltmaq məqsədilə diqqətlə idarə olunur”.
Hazırda hantavirus üçün nə vaksin, nə də xüsusi antiviral müalicə mövcuddur.
“Müalicə əsasən xəstələrin diqqətlə izlənməsinə və ağciyər, ürək və ya böyrəklərlə bağlı problemlərin müalicəsinə yönəlir. Erkən tibbi yardım almaq nəticələri yaxşılaşdıra bilər. İnsanlar təsdiqlənməmiş müalicə üsullarına güvənməməlidirlər, çünki bunlar düzgün tibbi yardımın gecikməsinə səbəb ola bilər. Əgər virusa məruz qaldığınızı düşünürsünüzsə, məsləhət almaq üçün yerli səhiyyə qurumuna müraciət edin”, - ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
İnsanlar hansı simptomlar üçün dərhal tibbi yardım almalıdırlar?
Simptomlar adətən virusa məruz qaldıqdan sonra bir ilə səkkiz həftə arasında başlayır. Yayğın simptomlara qızdırma, yorğunluq, nəfəs alma çətinliyi (tez bir zamanda ağırlaşa bilər) daxildir. Digər mümkün simptomlara isə baş ağrısı, əzələ ağrısı, qarın ağrısı, ürəkbulanma və ya qusma faktorları daxildir.
“İnsanlar gündəlik normal fəaliyyətinə davam etsinlər. İctimai səhiyyə qurumlarının tövsiyələrinə əməl etsinlər və məlumatı etibarlı mənbələrdən alınlar. Həmçinin şayiələr və ya təsdiqlənməmiş məlumatlar yaymasınlar”, - ÜST-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb. Nazirlikdən qeyd edilib ki, hantavirus Azərbaycan üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.
Qeyd edək ki, hantavirusa ilk yoluxma simptomları gəmi səyahətində olan Niderlanddan olan yaşlı bir cütlükdə qeydə alınıb və onlar indiyə kimi həyatını itirən üç nəfər arasındadır. Buna baxmayaraq, ilkin yoluxmanın harada baş verdiyi hələ də müəyyən edilməyib.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb