lider-media.az

ABŞ-ın Los Ancelesdə şəhərində "Ümummilli Liderin yaşayan irsi" adlı tədbir təşkil edilib

Baxış: 466 Tarix: Сегодня, 11:45



Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibətilə Los Ancelesdəki Azərbaycan Baş Konsulluğunun təşkilatçılığı ilə "Ümummilli Liderin Yaşayan İrsi" adlı Azərbaycan İncəsənət Gecəsi keçirilib.

Ölkəmizin Los Ancelesdəki Baş Konsulluğundan Lider-media.az-daxil olan məlumata görə, Ümummilli Liderin dəyər verdiyi multikulturalizm, xalqlar arasında qarşılıqlı hörmət və müxtəlifliyin gözəllik mənbəyi kimi dəyərləri əks etdirən zəngin bir proqramla müşayiət olunub. Konsulluq korpusu, müxtəlif dini və etnik icma, habelə yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi gecədə təsviri incəsənət, mədəniyyət və musiqi vəhdət təşkil edərək Azərbaycan cəmiyyətinin rəngarəng mədəni birgəyaşayış ruhunu sərgiləyib.

Tədbirdə istedadlı Azərbaycan rəssamları Nazim Hacıyev,  Fidan Kim və İntiqam Musayevin əsərlərinin nümayiş olunduğu “Müasir Azərbaycan”, “Azərbaycan Qadınları”, “Azərbaycanda Mültikulturalizm” və “ Müxtəlif” alt-mövzularında sərgi təşkil edilib. Rəssamlar öz yaradıcılıq yolları, incəsənətə gəliş hekayələri və Azərbaycan mədəni irsindən aldıqları ilham barədə qonaqlarla səmimi söhbətlər aparıblar.

Tədbirdə çıxış edən baş konsul Vüqar Qurbanov Ümummilli Liderin müdrik siyasəti sayəsində Azərbaycanda formalaşmış mədəni harmoniya mühitinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyevin mədəniyyət və incəsənəti dəstəkləməyə əsaslanan siyasi irsi müasir dövrdə də Azərbaycanda incəsənət xadimlərinə ilham verməkdə davam edir.

Tədbir Ümummilli Liderin əbədi irsini yaşatmaq və Azərbaycanla ABŞ arasında mədəni körpülər qurmaq baxımından uğurlu bir təşəbbüs kimi qonaqlar tərəfindən yüksək qiymətləndirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi