lider-media.az

O cür sürətlə gedib keçidə çırpıldı - 26 yaşlı gəncin faciəvi ölümü+Video

Baxış: 1532 Tarix: 11-05-2026, 12:19

o-cur-suretle-gedib-kecide-cirpildi

Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb:

“Görüntülər bir daha deməyə əsas verir ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına əməl olunması vəziyyəti qənaətbəxş deyildir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!”




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi