lider-media.az

Şənbə və bazar günlərində ölkə ərazisində 92 cinayətin açılması təmin olunub

Baxış: 1 269 Tarix: 11-05-2026, 11:01

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,  mayın 9-da və 10-da ölkə ərazisində qeydə alınan 91, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi