lider-media.az

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib

Baxış: 703 Tarix: 26-05-2024, 17:42

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, İngiltərənin Şefild şəhər məclisi ilə Mədəni Moda və İncəsənət (Cultural Fashion and Art) assosiasiyası tərəfindən Şefild şəhərində keçirilən beynəlxalq moda həftəsində Azərbaycan Rəqs və Musiqi Qrupunun rəhbəri Səkinə Muxtarlının təşəbbüsü ilə Azərbaycan milli geyimləri sərgilənib.

Moda sərgisində Azərbaycanın müxtəlif bölgələrindən milli geyimlər, Basqal kəlağayıları, milli atributlar xarici modellər tərəfindən nümayiş etdirilib. Həmçinin musiqi və rəqs nömrəsi ifa edilib, qrupun azyaşlı uşaqları sərgidə balaca çoban, sarı gəlin, üzümçü qız, yazıçı oğlan kimi müxtəlif obrazlarda milli geyimləri xarici qonaqlara nümayiş etdiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi