6 May İnsan Alverinə qarşı Mübarizə Günüdür
İnsan alveri bu gün təkcə hüquq pozuntusu deyil, insan ləyaqətinə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi beynəlxalq ictimaiyyətin və dövlətlərin qarşısında ciddi çağırış olaraq qalır. Bu çağırışlara cavab verən ölkələrdən biri olan Azərbaycanda da insan alverinə qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Azərbaycanda insan alverinə qarşı mübarizənin sistemli və institusional əsasları 2000-ci illərin əvvəllərində formalaşdırılıb, bu istiqamətdə mühüm tarixi addım 6 may 2004-cü il tarixində atılıb. Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamla “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib. Həmin sənəd ölkədə insan alverinə qarşı mübarizənin hüquqi, institusional və təşkilati əsaslarını formalaşdırıb, dövlət qurumlarının koordinasiyalı fəaliyyətinə yol açıb. Bu qərar, eyni zamanda, insan hüquqlarının qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib.
Məhz bu strateji sənədin ardınca, 2009-cu ildən etibarən 6 may tarixi Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd olunur. Bu təşəbbüs cəmiyyətin diqqətini insan alveri probleminə yönəltmək, ictimai maarifləndirməni gücləndirmək və risk qruplarının müdafiəsini artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu istiqamətdə əsas icraedici qurumlardan biridir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfillinin sözlərinə görə, son illər Daxili İşlər Nazirliyi tərəfindən aparılan sistemli mübarizə nəticəsində insan alveri cinayətlərinə qarşı nəzarət və aşkarlama mexanizmləri daha da təkmilləşdirilib: “Qanunvericiliyə əsasən zor tətbiq etmək, hədə-qorxu və ya digər məcburetmə vasitələri, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etmək və bu kimi digər üsullarla istismar məqsədilə insanların cəlb edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alverinin predmetini təşkil edir və qanunla qadağandır”.
L.İsrəfilli bildirdi ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən insanın istismarı ilə nəticələnən hüquqpozmaların vaxtında qarşısının alınması və həmin əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi tədbirlər görülür. Bu məqsədlə Baş İdarənin fasiləsiz olaraq fəaliyyət göstərən “152” qaynar xəttinə daxil olmuş hər bir zəng araşdırılmaqla konfidensiallıq təmin olunur.
Polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi məqsədilə davamlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir, vətəndaşların insan alveri cinayətlərindən müdafiəsi təmin olunur, insan alveri qurbanları fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə əhatə edilir: “Xüsusilə yetkinlik yaşına çatmayanların insan alverinin qurbanına çevrilməsinin qarşısının alınması diqqət mərkəzindədir. Bu istiqamətdə 15 yaşına çatmamış şəxsləri işə cəlbetmə, onları ictimai mənəviyyata zidd əməllərə sövq etmə, azyaşlıları küçə həyatına və dilənçiliyə məruz qoyma, erkən evliliyə daxil olmağa məcbur etmə kimi qanunazidd hallara qarşı nəzarət tədbirləri həyata keçirilir.
Eyni zamanda, respublikanın şəhər və rayonlarında insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işinin artırılması məqsədilə profilaktik tədbirlər təşkil olunur, insan hüquqları, uşaqların təhsildən yayınması və baxımsızlığı, uşaq nikahlarının qarşısının alınması, xüsusilə xarici ölkələrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən vətəndaşların, eləcə də ölkə ərazisindən tranzit keçən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması təmin edilir”, - deyə Lumu İsrəfilli vurğuladı.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu mübarizədə sosial istiqamətin formalaşmasına xüsusi töhfə verir. Mövzu ilə bağlı komitənin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasında bu sahədə həyata keçirilən tədbirlər əsasən milli fəaliyyət planları çərçivəsində qurulur. 2020–2024-cü illəri əhatə edən mövcud planın icrası davamlı şəkildə təmin olunmuş, hazırda isə 2026–2030-cu illər üzrə yeni milli fəaliyyət planı hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılmış və hökumətə təqdim olunmuşdur. Yaxın zamanda təsdiqlənərək icraya yönləndirilməsi gözlənilir. Bu plan əvvəlki sənədlə müqayisədə daha təkmilləşdirilib, yenilənib və dövlət qurumlarının üzərinə düşən öhdəliklər daha dəqiq şəkildə müəyyən edilib.
Risk qruplarına azyaşlı uşaqlar, gənc qadınlar, işsiz və sosial cəhətdən həssas insanlar, miqrantlar, təhsildən kənarda qalan şəxslər, ailədaxili zorakılıq qurbanları, baxımsız və valideyn himayəsindən məhrum uşaqlar, uşaq evlərində böyüyən şəxslər, eləcə də narkotik və alkoqol asılılığı olan və qeyri-rəsmi çalışan şəxslər daxildir. Bu qruplarla işin əsas məqsədi onların risklər barədə məlumatlandırılması, potensial təhlükələrin qarşısının alınması və sosial reabilitasiyalarının təmin edilməsidir”.
Komitə həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edərək maarifləndirmə kampaniyaları həyata keçirir. Bu tədbirlər çərçivəsində yerli səviyyədə müxtəlif görüşlər, təlimlər və məlumatlandırma sessiyaları təşkil olunur, həssas qruplarla birbaşa iş aparılır. Görülən bütün işlər üzrə mütəmadi olaraq rüblük və illik hesabatlar hazırlanır və ümumiləşdirilmiş şəkildə təqdim edilir.
Beləliklə, insan alverinə qarşı mübarizə bir dövlət siyasəti olmaqla yanaşı, həm də cəmiyyətin vicdan məsələsidir. Çünki hər xilas edilən insan taleyi təkcə bir fərdin deyil, bütöv bir cəmiyyətin qaranlığa qarşı qazandığı qələbədir. Bu gün biz bu faciələrə qarşı susmamağı seçsək, sabah daha çox taleyi xilas edə bilərik. Çünki insan ləyaqəti satıla bilməz - onu qorumaq isə hər birimizin borcudur.
Nurəngiz ADİLQIZI


Milli Məclisin plenar iclasında
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb