lider-media.az

FHN BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq çərçivəsində kütləvi maarifləndirmə tədbirləri keçirir

Baxış: 1719 Tarix: 1-05-2026, 12:11

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq çərçivəsində paytaxtda insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən otellərdə yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirləri təşkil olunur.

Yanğınların qarşısının alınması yolları və yanğın baş verdikdə zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilir, təxliyə planından düzgün istifadənin əhəmiyyəti izah olunur. Həmçinin, ərazilərin təmiz, yanğına qarşı su təchizatı qurğularının işlək vəziyyətdə saxlanılmasının, ehtiyat çıxış yollarında sərbəst hərəkətin daim təmin edilməsi və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi vurğulanır.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilir, maarifləndirici broşürlər və otel nömrələrində yerləşdirilməsi üçün məlumatlandırıcı çap materialları paylanılır və suallar cavablandırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi