lider-media.az

Mustafayevin sinif yoldaşı olan erməni danışdı

Baxış: 1153 Tarix: Сегодня, 10:35

Mustafayevin sinif yoldaşı olan erməni danışdı:  Şahinin əsl adı... - VİDEO

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin bu gün Ermənistana səfəri və Ağverəndə erməni həmkarı Mqer Qriqoryanla birgə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclasını keçirməsi Ermənistanda müzakirə olunmaqdadır.
 Ş.Mustafayevin Noyamberyan (Barana, İncəsu) rayonunun Cucevan kəndindən olması və bu kənddə orta məktəbə getməsini erməni mediası qabartmaqdadır.
Bildirilir ki, Ş.Mustafayevin ailəsi bu kənddə yeganə azərbaycanlı ailə olub və buna görə də Ş.Mustafayev ermənicə təhsil alıb, erməni dilini yaxşı bilir.
Ş.Mustafayevin sinif yoldaşı, Cucevan kənd sakini Qarik Arutyunyan “News.am” portalına bildirib ki, Mustafayevlə uşaqlıq dostudur:
“Mən onun uşaqlıq dostuyam, sinif yoldaşıyam, o, İrəvanda oxumağa gedənə qədər (Ş.Mustafayev 9 və 10-cu sinifləri İrəvanda oxuyub - red.) bir yerdə olurduq. Onu yaxşı tanıyıram. Onun əsl adı Şahendir. Adı Azərbaycana köçdükdən sonra Şahinə dəyişdirilib ki, Ermənistanla heç bir əlaqəsi olmasın”.
Qarik deyib ki, Ş.Mustafayevin Cucevana gəlmək istədiyini mediadan oxuyub. Mustafayevlə görüşməyə xüsusi istəyinin olmadığını vurğulayan Qarikin sözlərinə görə, buna baxmayaraq, sinif yoldaşı ilə görüşsəydi, keçmiş günləri xatırlayardı:” Bəlkə də sonradan baş verən müharibə haqda da danışa bilərdik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi