lider-media.az

KİA-dan oğurluq etdi - Anbaan video

Baxış: 1233 Tarix: Сегодня, 17:32

KİA-dan oğurluq etdi - Anbaan video

Aprelin 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində sakinlərdən birinə məxsus KİA markalı avtomobildən sürücüyə aid qiymətli əşyalar oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş və törətdiyi digər cinayət əməllərinə görə axtarışda olan 37 yaşlı Mahir Məmmədov və 28 yaşlı Elvin Mehtiyev saxlanılıblar.

Onların maşından oğurluq etmələri müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin paytaxt ərazisində daha bir KİA markalı avtomobildən içərisində 270 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurladıqları da müəyyən edilib.

Saxlanılanlardan əlavə olaraq şəxsi istifadələri üçün əldə etdikləri psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi