lider-media.az

Şirvan nümayəndə heyəti Türkiyədən qayıtdı

Baxış: 1 950 Tarix: 29-04-2026, 12:07

Şirvan nümayəndə heyəti Türkiyənin Manisa şəhərində keçirilən ənənəvi 486-cı Beynəlxalq Manisa Mesir Macunu Festivalında iştirak edib.


Nümayəndə heyətinin tərkibində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov və digər şəxslər yer alıb.


Tədbirdə həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Şahin Camalov da iştirak edib.


Manisa Mesir Macunu Festivalı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş və hər il geniş beynəlxalq iştirakla qeyd olunan mühüm mədəni tədbirlərdən biridir.


Festival çərçivəsində müxtəlif mədəni proqramlar, konsertlər, sərgilər və ənənəvi mesir macununun paylanması mərasimi təşkil olunub.


Tədbirdə iştirak edən Şirvan nümayəndə heyəti yerli və beynəlxalq qonaqlarla görüşlər keçirərək, şəhərimizin mədəni potensialını və beynəlxalq əlaqələrini təbliğ edib.


Qeyd edək ki, Şirvan və Manisa şəhərləri arasında 2023-cü ilin 8 sentyabrında “Qardaşlıq və dostluq protokolu” imzalanıb. Bununla da hər iki şəhər arasında qarşılıqlı səfərlər, təcrübə mübadiləsi, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.


 

Rasim Nəhmədov


Şirvan şəhəri.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi