lider-media.az

Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici tədbirlər keçirilib

Baxış: 1872 Tarix: 29-04-2026, 12:28

Tibbi tullantıların idarə olunması sahəsində mövcud qaydalar barədə məlumatlılığın artırılması və bu tullantıların düzgün idarə edilməməsi nəticəsində yarana biləcək ekoloji və sanitar risklərin qarşısının alınması məqsədilə növbəti maarifləndirici tədbirlər təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən keçirilən görüşlər Lənkəran şəhərində fəaliyyət göstərən “MEDİCAN” MMC və “AKNN” MMC-də, həmçinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda baş tutub.
Görüşlər zamanı iştirakçılara tibbi tullantıların növləri, onların düzgün çeşidlənməsi, təhlükəsiz yığılması və müvəqqəti saxlanması, daşınması və zərərsizləşdirilməsi üsulları barədə ətraflı məlumat verilib, bu sahədə mövcud normativ tələblər izah olunub.
Eyni zamanda, müasir şəhərsalma və memarlıq yanaşmaları çərçivəsində tullantıların, xüsusilə tibbi tullantıların təhlükəsiz idarə olunmasının dayanıqlı və sağlam şəhər mühitinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi ətraf mühitin mühafizəsi və ictimai sağlamlığın qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi