lider-media.az

Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları görüşüb

Baxış: 1463 Tarix: 29-04-2026, 10:27

Aprelin 28-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstəsi qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib. Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təntənəli qarşılanma mərasimində komandanlar fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Görüşdə ölkəmizin Türkiyə ilə hərbi sahədə əməkdaşlığının cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb. 
Tərəflər hər iki qardaş ölkənin müvafiq qoşun növü mənsublarının peşəkarlığının, bilik və bacarıqlarının təkmilləşdirməsində birgə, həmçinin beynəlxalq təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi