lider-media.az

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli alim, akademik Zərifə Əliyevanın əziz xatirəsini böyük ehtiramla yad ediblər

Baxış: 1600 Tarix: 28-04-2026, 11:55

Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, tibb tarixində adı əbədiləşmiş fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 103 il keçir.
Bu münasibətlə səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi 2026-cı il aprelin 28-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müdrik rəhbər, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və təzə çiçəklər düzülüb. Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi